PR

“YouTube”da yeni bölmə yaranır -Video
09 SENTYABR
94

“YouTube”da yeni bölmə yaranır -Video

2019-09-09 10:49:00

“YouTube” videohostinqinin saytında moda-Fashion adlı yeni bölmə görünəcək.

Facemark.az xəbər verir ki, bu haqda “Fashion magazine” portalına “YouTube”un moda bölməsinə rəhbərlik edən Derek Blasberq deyib.

Bölmədə moda və gözəllik sənayesində baş verən mühüm, orijinal kontentlər paylaşılacaq. Burada moda nümayişləri, məşhurlar ilə müsahibələr və ulduzların şəxsi bloqları da yerləşdiriləcək. (Naomi Kempbell, Cen Etkin, Ten Frans və s.)

İstifadəçilərin rahatlığı üçün bütün fashion-kontent bir yerdə toplanır. Blasberqin sözlərinə görə, 2014-cü ildən 2018-ci ilə qədər, son 4 ildə, “YouTube” kanalında moda və gözəlliy həsr edilən kontentin həcmi 6 dəfə artıb. Bütün sayt üzrə adiyyatı kontenti axtarmaq isə çox vaxt aparırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır