PR

Startapları necə təşkil etmək və nələrdən qaçmaq lazımdır?
05 SENTYABR
74

Startapları necə təşkil etmək və nələrdən qaçmaq lazımdır?

2019-09-05 11:10:00

Kiçik və orta biznes şirkətlərinə maliyyə məsələlərində yardım edən Fuelfinance şirkətinin analitiki Oleksandr Chmeruk startap üçün necə maliyyə planının qurulmasından, hansı məqamlara xüsusi diqqət edilməsinin və hansı səhvlərdən qaçmanın lazım olmasından danışır.

Startapa maliyyə planı nəyə görə lazımdır

Maliyyə planı müxtəlif dövrlərdə sizi hansı xərclərin gözlədiyini və onları nəyin hesabına qarşılamağın mümkün olacağını bilmək üçündür. Layihə gəlir gətirməyə başlayanda fəaliyyəti artıq hansı  vəsaitlər hesabına və hansı həcmdə genişləndirməyin mümkün olmasını müəyyən etməyə kömək edir. Maliyyə planı həm də səhmdarlara kapitalın hansı tezlikdə və dərəcədə geri qaytarılmasını anlamağa imkan verir.

Maliyyə planının olmamasına görə layihə iflasa uğramanın bir addımlığında ola bilir. Məsələn, layihələrin idarə olunması üçün onlayn-platforma xidmətləri təqdim edən startapa komandanın genişlənməsi üçün investisiya ayırırlar. Şirkət yayda işə adam götürür və nəzərə almır ki,  həmin vaxt onların məhsuluna tələb az olur, satışlar zəif gedir və belə olan halda da işçilər üçün təyin etdiyi yüksək maaşları ödəyə bilməyəcək.

Beləliklə onlar bütün gəliri xərcləyirlər və növbəti dövrlər üçün borcları yaranır. Pul artıq yoxdur, insanlar isə işə götürülüb. Onlar xərclərin əvəzini ödəyəcək planlı payız-qış satışlarının dövrü başlayana kimi insanların məvacibini ödəmək üçün təcili olaraq əlavə vəsaitlər axtarmalı olurlar. Əgər onların normal maliyyə hesabatı olsaydı və bu mövsümi satış çökməsini nəzərə alsaydılar geniş komandanı bir qədər sonra yaradardılar və özlərini bəlaya salmazdılar.

Startapların təkcə maliyyə məsələləri ilə bağlı deyil təşkilati nöqsanlarla əlaqəli problemləri də olur. Bura  marketinq tərkibi də daxildir: şirkətlər öz rəqiblərini, hədəf auditoriyalarını nəzərə almırlar, onların effektivliyin adekvat açar göstəriciləri və onların icrası üzərində adi nəzarətləri belə olmur. Qarışıqlığın qarşısını almaq üçün heç olmasa üç standart başlanğıc hesabat olmalıdır: Balance, PNL və Cashflow. Amma bu da həmişə kifayət etmir.

Onlar iş zamanı qarşıya çıxan hər suala cavab verirlər. Məsələn:

Marketinq nəticə verəcəkmi?

Ştatın genişləndirilməsindən sonra vəziyyət yaxşılaşıbmı?

Gözləmək yoxsa indi kredit götürmək daha yaxşı olar?

Oleksandr Chmeruk iş prosesi zamanı maliyyə problemləri yaradan və  şirkətin inkişafına mane olan dörd əsas layihə problemlərindən danışıb:

Marketinq 

Uyğun reklamın olmaması həmişə belə bir ehtimal yaradır ki, sizin ideyanı götürüb özlərininki kimi istifadə edəcəklər. Bundan başqa, xərclər də arta bilər. Məsələn, bir müştərinin seçkilərə görə reklama gedən xərcləri beş dəfə artır. Çünki,  həmin dövrdə auditoriyaya uğrunda rəqabət güclənir və təşviqat dəyəri üstün gəlir. Reklam meydançalarının sahibkarlarını sənin kim olmağın maraqlandırmır: siyasətçi ya adi iş adamı. Şirkət həmin vaxt üçün artıq yeni birisi olmadığına görə, gözlənilməz xərcləri əməliyyat gəlirləri hesabına qarşılamaq mümkün olur. Startapın tez-tez əməliyyat gəlirləri olmur.

Startaplarda və kiçik biznesdə maliyyəçi funksiyaları genişlənir: o tam olaraq layihə ilə məşğul olmalı olur. Maliyyə nöqteyi nəzərdən marketinqə yatırımın effektivliyinə nəzarət etməklə reklama büdcənin artırılmasının bir nəticə verib-verməyəcəyini müəyyən etmək olur.

Kadrların itirilməsi

Ən dəyərli əməkdaşlarınızın getməsi ehtimalı hər zaman var və istənilən vaxt keçmiş işçinin yerinə ona verilən məvacibdən daha artıq bir məvacib verəcəyiniz bir insanı təyin etmək üçün müəyyən məbləğdə pulunuz olmalıdır.

Bu, əsas da satışa və ya məhsulun istehsalına görə məsul olan işçilərə aiddir. Daha doğrusu elə insanlara ki, onlarsız biznes-proseslər dayanar.

HR-menecer və ya HR-agentliyin “kardlar ehtiyatı”nda həmin işçiləri əvəz etmək üçün 2-3 potensial aktual rezümesi olmalıdır. Yeni əməkdaşa bazardakından 20-25% yüksək ödəniş etməyə hazır olun.

Doğrudur, gəliriniz olmaya bilər və aktivlərinizə görə yenidən ödəniş etmək ehtimalı da var (amma işçilər sizin əsas aktivinizdir). Bununla belə, siz biznesin başlanğıcı üçün ən dəhşətli sayılan haldan yayına bilərsiniz: satışların azalması və  bunun nəticəsində bazarda rəqiblər qarşısında əsas üstünlükləri itirmək.

Təcili proseslər

Əgər gəlirlər və xərclər olmasa və onların mənbəyi biliməsə şirkət inkişaf edə bilməz.

Məsələn, bir müştəri belə bir problemlə yaxınlaşır: müştərilər bazası və gəlir artır, lakin mənfəət dəyişməz olaraq qalır. Problemin mənbəyini detallı PNL-in təşkilindən sonra tapmaq mümkün olur – gəlirlər və xərclər barədə hesabat.

Məlum olub ki, şirkət əlavə müştərilər gətirən reklama büdcəni gözlənilmədən artırıb. Lakin bir əlavə müştərinin cəlb edilməsinin qiyməti əvvəlki dövrlərlə müqayisədə çox artıb.

Təhlil nəticəsində daxili resurslarda marketinq komandası xidmətindən imtina etmək və marketoloqlar ştatında yer tutmaq barədə qərar qəbul olunub. 

Fors-major hallar

Bazarda əgər üç ildir işləyirsinizsə ola biləcək problemlərin 80%-i sizə məlum olmaya bilər. İdealda, ümumi aylıq xərclərin 30%-i gözlənilməz xərclərə yatırılmalıdır.  Əlbəttə göstəricini şirkətin inkişaf etdiyi vaxtda artırmaq lazımdır. Amma məsləhətdir ki, 15%-dən aşağı olmasın.

Statistikaya görə, startapların təxminən 90%-nin necə deyərlər, sonu gəlir və artıq bərpası mümkün olmayacaq halda iflasa uğrayırlar. Belə bir günün gəlməməsi üçün sadalanan problemlər üzərində işləmək lazımdır: marketinqə yatırım etmək və onun effektivliyinə nəzarət etmək, əməliyyat proseslərini qaydasına salmaq, hər şeyi normal maliyyə  hesabatında qeyd etmək.

Startapın maliyyə planlamasına necə başlamaq lazımdır

Bazarın təhlili

Yolun başlanğıcında cavab tapmalı olduğunuz əsas suallar bunlardır: məhsulunuz kimə lazımdır və onları almağa hazır olan şirkət və ya insanların sayı.

Bilməlisiniz ki, daxil olduğunuz bazar boş deyil. Bir çox startapların problemi ondadır ki, onlar öz məhsullarının təmamilə unikal olmasına əmindirlər. Əslində, istehlakçı tələblərinə cavab verən layihələr artıq həyata keçirilmiş ola bilir. Başlanğıcda bütün nüansların analizi sizin bazarın hansı hissəsini tutmanızı və startapınızın ümumiyyətlə perspektivinin olub-olmamasını onu bəlli edir.

Bazardakı yerin təyin olunması  

Bunu bilmək marketinq planını təşkil etməyə imkan verir: sizə öz payınızı almaq üçün nə qədər vəsaitin lazım olmasını, həmçinin, məhsulu satmağın yollarını müəyyən edir.

İstehsal və əməliyyat xərclərinin hesabatı

Neçə ədəd məhsulun satılacağını və buna nə qədər marketinq resursunun gedəcəyini biləndən sonra hazırlanmaya, əmək haqqının verilməsinə, ofisə və digər nüanslara gedəcək xərclərin planlaşdırılması ilə məşğul olmaq olar.

Bu üç addım əsasdır və onların sayəsində başlanğıcda  adekvat maliyyə planı təşkil etmək mümkündür.

Başlanğıcda  hər şeyi xırda detallarına kimi hesablamaq lazımdır və bundan sonra artıq konkret addımlar atmaq olar – layihənin, reklamın və satışların həyata keçirilməsi. Bütün prosesləri daim nəzarətdə saxlamaq çox vacibdir. Hər həftə plan göstəricilərini faktiki göstəricilərlə müqayisə etmək  və problemləri tapmaq lazımdır. Onlar nə qədər tez aşkar edilsələr bir o qədər yaxşıdır. Belə olan halda sizin onlardan daha operativ şəkildə qurtulmaq və uğurlu startap qurmaq imkanınız olmuş olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır