PR

Dior Conni Depp ilə olan yeni çarxını sildi -Video
02 SENTYABR
105

Dior Conni Depp ilə olan yeni çarxını sildi -Video

2019-09-02 12:27:00

Dior “Sauvage” kişi ətirlərinin satışı üçün Conn Depp ilə yeni reklam çarxı hazırlayıb. Ancaq brend sosial şəbəkələrdə istifadəçilərin tənqidinə məruz qalıb, buna səbəb isə Şimali Amerikanın yerli sakinlərinin çarxda aşağılamaq olub.

Fins.az-ın məlumatına görə, “The Guardian” nəşri yazır ki, Conni Depp Şimali Amerikada, hinduların tarixi torplaqlarında çəkilişlərdə olub. 

Kadrlarda Conn Depp gitarda ifa edir və bir nəfər isə ənənəvi kostyumda ekzotik rəqsi yerinə yetirir. İstifadəçilər reklamı kobud rasizmdə ittiham ediblər və bunu ABŞ-ın kiçik, yerli xalqlarına qarı təhqir kimi qəbul ediblər. Onların fikirlərinə görə, videoda yerli insanlar vəhşi kimi təqdim edilib.

Bundan başqa, ətirinin özünün adı tərcümədə “vəhşi” anlamına gəlir. Videoya sosial şəbəkələrdə gələn reaksiyadan sonra, Dior tvitini və çarxı “YouTube” platformasından silib. Ancaq bir çox istifadəçi də brendi müdafiə edib.

Qeyd ediblər ki, onlar hinduları reklama cəlb ediblər və bunun üçün peşəkar konsultasiyalar alıblar. Bildirilib ki, Deppin özü Komançi hindu tayfasından gəlmədi, onun nəvə və babası kiçik, yerli xalqların nümayəndəsi olub.

Bu, aktyorun brendə dəstək olduğu birinci reklam çarxı deyil. Belə ki, 2015-ci ildə Conni Depp birinci dəfə kişi ətiri olan “Sauvage”nin siması seçilmişdi. O, burada isə müasir şaman rolunu oynamışdı.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır