PR

Uzun zamandır gözlənilən oldu: Papa John’s’-a yeni CEO gətirildi -Foto
30 AVQUST
140

Uzun zamandır gözlənilən oldu: Papa John’s’-a yeni CEO gətirildi -Foto

2019-08-30 12:32:00

Son zamanlarda satışlarında azalma gözlənilən və 2018-ci ildə gəlirləri 12% azalan pizza zənciri “Papa John’s‘-da CEO dəyişikliyi baş verib.

Fins.az xəbər verir ki, şirkətin hazırdakı CEO-su Steve Ritchienin yerinə, Arby’s -in rəhbəri Rob Lynch gətirilib.

 

“Fast-foos” sektorunun təcrübəli adı Lynch yeni vəzifəsinə avqustun 27-dən etibarən başlayıb. Lynch Arby’s komandasına 2013-cü ildə qatılıb. Daha öncə isə Procter & Gamble-da marka müdiri və Yum! Brands-da Taco Bell-dən məsul marketin müdiri köməkçisi işləyib. 2017-ci ildən bu yana isə Arby’s -in rəhbəri vəzifəsində çalışıb.

Qeyd etmək yerinə düşər ki, Papa John’s’ dünya miqyasında 5300 nöqtədə xidmət verir. Yeni rəhbər dəyişikliyi ilə bağlı xəbərdən sonra Papa John’s-un səhmlərinin dəyəri son altı ayda ən yaxşı nəticəni göstərib, gün ərzində 7,6% yüksəlib. Şirkətin səhmləri ötən il ərzində 29%, bir öncəki il isə 34% dəyər itirmişdi.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır