PR

“YouTube” tənqidlərdən “dərs çıxarır”
30 AVQUST
71

“YouTube” tənqidlərdən “dərs çıxarır”

2019-08-30 10:40:00

Video paylaşım platforması “YouTube” uşaqlara özəl mobil tətbiqin onlayn versiyasını da açacağını elan edib.

Fins.az xəbər verir ki, “YouTube”dan edilən açıqlamaya görə, uşaqlar üçün telefon tətbiqi (Kids app) və veb saytının fərqli yaşlara görə yeni kateqoriyalara ayrılacağı deyilib.

Açıqlamada bildirilib ki, “4 yaşındakı uşaq üçün mükəmməl olacaq bir video, 10 yaşındakı uşaq üçün maraqlı olmayacağını bilirik. Buna görə də, valideynlərin “YouTube Kids” veb saytında, uşaqlar üçün doğru kontenti seçmələrini asanlaşdırmaq istəyirik”.

Yeni veb saytdakı kontentlər məktəbdən öncəsi uşaqlar 4 yaş və altındakılar, böyüklər 5-7 yaş arası, daha böyüklər 8-12 yaş aralığındakı uşaqları əhatə edəcək. Seçilən yaş aralığına görə çıxan nəticələr, eyni zamanda məktəbdən öncə, böyüklər və daha böyüklər kateqoriyalarına görə də məhdudlaşdırılaraq tövsiyə ediləcək. Bildirib ki, “YouTube” yaş kateqoriyalarına uyğun olmayan kontenti qaldırmaq üçün çox əmək sərf edir, amma bununla belə bütün videoların manuel olaraq araşdırılması mümkün deyil. Əgər onların nəzərindən qaçan bir hal olarsa, istifadəçilərin belə kontenti rapor etməsi və bloklanması istənilib.

Qeyd edək ki, “YouTube” uyğunsuz, çaşdırıcı və bəzən də zorakılıq əsaslı videoların izlənməsinə icazə verdiyi üçün də çox ciddi bir şəkildə tənqid edilir.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır