PR

Rusiyada populyar olan sosial platformalar hansıdır?: “Mediascope” açıqladı
28 AVQUST
119

Rusiyada populyar olan sosial platformalar hansıdır?: “Mediascope” açıqladı

2019-08-28 11:03:00

Amerikanın “Snapchat”ı Rusiyada beşinci ən böyük sosial platforma olub.

Fins.az xəbər verir ki, bu haqda “Vedomosti” nəşri “Mediascope”yə istinadən yazıb.

2018-ci ilin dekabrından 2019-cu ilin iyununadək tətbiqin aylıq auditoriyası 1,7 milyon istifadəçidən 3,2 milyon istifadəçiyə qədər yüksəlib. Messencer “Mail.ru Group”a daxil olan “Moy Mir”-i sıxışdırıb beşinci yerdən çıxarıb.

Adıçəkilən sosial şəbəkənin aylıq auditoriyası 2019-cu ildə 3,18 milyon istifadəçi, 2017-ci ildə 9 milyon, 2014-cü ildə isə 24 milyon olub.

Rusiyada ən populyar sosial şəbəkələrin beşliyində birinci yeri isə “VKontakte” sosial şəbəkəsi tutub, 37,9 milyon istifadəçi ilə. Siyahıda ikinci yeri isə “Instagram (30,6 milyon), növbəti yerləri isə “Odnoklassniki” (23,1 milyon), “Facebook” (21,6 milyon) tutub. Bildirək ki, “Odnoklassniki” və “Vkontakte”nin sahibi “Mail.Ru Group” şirkətidir.

Araşdırma 12-64 yaş arası insanlar arasında aparııb. Tədqiqat o şəhərlərdə aparılıb ki, orada yaşayan insanların sayı 100 000-dən çox olub.

©Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır