PR

IKEA bu ölkədə yeni addım atdı
07 AVQUST
142

IKEA bu ölkədə yeni addım atdı

2019-08-07 11:41:00

IKEA Rusiyada körpələr üçün olan mebeli geri qaytarmaq xidmətini işə salıb.

Fins.az xəbər verir ki, şirkətin xəbərində deyilir ki, 2019-cu ilin yanvarın 1-dən əldə edilən uşaqlar üçün çarpayını və masanı geri qaytarmaq mümkün olacaq.

Mebelleri IKEA -nın bu yaxınlarda Xodınskoy Sahəsində açdığı mağazadan başqa, digər mağazalarında geri qaytarmaq mümkün olacaq.

Mağazanın əməkdaşları mebellərdə qüsurun olub-olmamasını yoxlayacaq, əgər qüsur varsa bu halda mağazanın ucuz mallar bölməsində satışa çıxarılacaq.

Malı geri qaytaran müştəri, məhsulun dəyərinin 40% dəyərində geri dönüş kart əldə edəcəklər. “Kartın vasitəsilə, aksiya iştirakçıları IKEA mağazalarında istənilən məhsulu əldə edə biləcəklər. Bura böyük uşaqlar üçün əşyalar da daxildir”, - deyə şirkətin nümayəndəsi deyib.

Qeyd etmək yerinə düşər ki, yeni xidmət mebellərin kirayəsi proqramı çərçivəsində işə salınıb. IKEA bu biznes-modeli cari ilin mayından işə salıb. Bu gün isə loyallıq klubunun iştirakçıları bir-birilərinə ev üçün mebel və əşyaları sata bilərlər.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır