PR

“Burger King” 38 metrlik tonqalda burger qızartdı -Video
12 İYUL
198

“Burger King” 38 metrlik tonqalda burger qızartdı -Video

2019-07-12 15:38:00

Yay gündönümü günü bir çox ölkələrdə tonqalın qalanması ilə qeyd edirlər.

Fins.az xəbər verir ki, bu ritual büdpərəst vaxtlardan məlumdur və günəşə sitayiş ilə bağlıdır.

“AdAge” nəşri bildirib ki, “Burger King” isə bu günü özü üçün qeyd etməyə qərar verib.

Sürətli qidalanma üzrə restoranlar şəbəkəsi Norveç sakinləri üçün taxta paletdən hazırlanan 38 metrlik nəhəng tonqal yaradıb. Onunla burger üçün nəhəng kotlet hazırlayıblar. Kotletlərin bişirilməsi isə vertolyota bağlanmış naqillər ilə mümkün olub. Bununla restoranlar şəbəkəsi göstərib ki, onun müəssisələrində ət yalnız açıq odda (qrildə) bişirilir.

Qeyd etmək yerinə düşər ki, marka daimi öz kampaniyaları ilə rəqiblərindən fərqlənməyi bacarır. Bunun üçün marka tez-tez od obrazından istifadə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır