PR

“Snickers” dondurmaları, ilk görüşdə buzları əridir – Video
12 İYUL
87

“Snickers” dondurmaları, ilk görüşdə buzları əridir – Video

2019-07-12 12:54:00

CLM BBDO tərəfindən “Sinickers” üçün hazırlanan reklam filmində ilk öpüşlərini “Snickers” dondurması sayəsində yaşayan gənc sevgililər yer alır.

Fins.az xəbər verir ki, “Snickers” aclıq ilə bağlı hazırladığı reklam kampaniyaları ilə bəyənilib. Şirkət “Ackən sən o, sən deyilsən” sloqanı ilə bir çox kampaniya hazırlayıb.

Banner reklamı ilə fikirləri qarışdıran şirkət, “Rick and Morty” seriyasına etdiyi nostalji cizgi roman animasiyası ilə aclığı əyləncəli hala gətirib. Şokolad istehsalçısı bu dəfə isə dondurmaların ləzzətinin qanedici olduğuna vurğu edən reklam filmi hazırlayıb. Reklam filminin rejissorluğunu isə “Insurrection” şirkətindən Max Sherman edib.

Şirkət hər gəncin yaşadığı və olduqca sıxıntılı keçən ilk görüşü reklama daşıyıb. “Snickers” ilk görüşün verdiyi gərginliyi, təması aradan qaldırmaq üçün dondurmadan istifadə edir. 

Gənc qız və oğlanın ilk görüşləri zamanı onlar yanbayan oturur. Qız isə mətbəxə gedib, dondurmanı soyuducudan çıxarır. Gənclər dondurmanı yeyib bitirdikdən sonra, öpüşməyi dayandırırlar. Bununla şirkət demək istəyir ki, məhsulun dadı o qədər ləzzətlidir ki, başqa heç nəyə ehtiyac qalmır. 

“Nothing satisfies more than a Snickers ice cream” (Heç bir şey Snickers dondurmasından qaneedici deyil) sloqanı ilə paylaşılan reklam filmi bu ay Almaniyada, növbəti mərhələdə isə digər Avropa ölkələrində, Rusiya və Avstraliyada yayımlanacaq.

©Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027