PR

“Volkswagen” əfsanəvi brendinin istehsalını dayandırdı: Muzeyə gedir
11 İYUL
207

“Volkswagen” əfsanəvi brendinin istehsalını dayandırdı: Muzeyə gedir

2019-07-11 16:33:00

Meksika zavodunda “Volkswagen”in (VW) əfsanəvi modeli, 1938-ci ildən bəri istehsal edilən (Beetle-Böcək) buraxılışını dayandırıb.

Fins.az xəbər verir ki, bu haqda “Deutsche Welle” şirkətin məlumatına istinadən yazıb.

Axırıncı avtomobil 10 iyulda konveyerdən, işçilərin alqışları və mariaçi xalq musiqisinin sədaları altında aşağı salınıb. Gümüşü-mavi avtomobil, mərasim zamanı bir neçə on metr irəli gedib. Bundan sonra o muzeyə veriləcək.

Xatırladaq ki, “Beetle” əfsanəvi avtomobil “Volkswagen Kafer”in varisidir. O, 1938-ci ildən 2003-cü ilə qədər istehsal edilib. “Kafer” tarixdə ən geniş yayılmış avtomobil modellərindən biri olub. Adıçəkilən avtomobil markası uzun illər əsas baza konstruksiyada dəyişiklik edilmədən istehsal edilib. Orijinal “Volkswagen Kafer” isə 30-ci illərin əvvəlində Adolf Hitlerin əmri ilə konstruktor Ferdinand Porşe tərəfindən hazırlanıb. Və avtomobil markası qısa zamanda cəmiyyət arasında populyarlıq qazanıb.

©Facemark.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır