PR

Fitnes-trenerlər müştərilərin ən qəribə arzularından danışdı
03 İYUL
177

Fitnes-trenerlər müştərilərin ən qəribə arzularından danışdı

2019-07-03 16:22:00

Mütəxəssis axtarışı üzrə xidmət Bark fitnes-trenerlərə müştərilərinin ən qəribə arzuları ilə bağlı soruşub.

Fins.az xəbər verir ki, qeyri-adi siyahı ilə “The Mirror” nəşri maraqlanıb.

Sorğuda 2 000-dən çox fitnes-təlimçi iştirak edib. Respondentlərdən müştərilərin yersiz suallarından və yaraşmayan davranışlarından danışmağı istənilib. Onlardan biri deyib ki, müştərilərdən biri trenerin ona geyimsiz məşq etdirməyini istəyib. Başqa biri isə təklif edirdi ki, çılpaq və yağla örtülmüş bədənlə döyüşmək istəyir.

Adını açıqlamaq istəməyən trenerlərdən biri xatırlayır ki, müştərilərdən biri onu “Tinder” tanışlıq saytı üzərindən ona uyğun namizəd belə təklif edib.

Bundan başqa, Top 10-ğa məşq zamanı tərləməmək, trenerin müştəriyə məşq zamanı toxunulmaması və üstünə qışqırılmaması da istəklər arasında olub.

Bildirək ki, mayda Bark platforması evlərin təmzilənməsi zamanı tapılan ən qeyri-adi əşyaların adını elan etmişdi.

©Facemark.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır