PR

“Disney” əfsanəvi animatorunu itirdi: 105 yaşında
03 İYUL
124

“Disney” əfsanəvi animatorunu itirdi: 105 yaşında

2019-07-03 11:20:00

Amerikada,”Disney”də animator işləyən Milton Kvon həyatının 105-cı ilində vəfat edib.

Fins.az xəbər verir ki, bu haqda “The Hollywood Reporter” onun oğlu Mayk Kvona istinadən yazıb.

Onun sözlərinə görə, animator Kaliforniya ştatında, Torranse-də yerləşən evində təbii səbəblərdən dolayı vəfat edib.

Mayk Kvonun deyib ki, onun atası ölümünə qədər çizməyə davam edib.

Nəşr yazır ki, o “Disney”in qızıl dövründə işləyən (1937-1970) və bu əsrdə yaşayan, son rəssamlardan biri olub.

Qeyd edək ki, Milton Kvon 1913-cü ildə Los-Anceles şəhərində doğulub. O, Çindən Amerikaya miqrant kimi gələn ailənin 8-ci uşağından ən böyüyü idi. Animator “Fantaziya”, “Dambo” cizgi filmlərinə görə məşhurluq əldə edib.

Bundan başqa, Kvon bir neçə serial və filmdə çəkilib. Bura “Speed”, “Power Rangers” və s. kimi aksion filmləri daxildir.

©Facemark.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269