PR

“Instagram”ın işində nasazlıq davam edir?: Sosial şəbəkədən açıqlama gəldi
14 İYUN
94

“Instagram”ın işində nasazlıq davam edir?: Sosial şəbəkədən açıqlama gəldi

2019-06-14 12:32:00

“Instagram” administrasiyası sosial şəbəkədə fəaliyyətin bərpa oluması haqqında bildirib. Belə ki, bir neçə saat əvvəl xidmət nasazılıqla işləməyə başlamışdı.

Fins.az xəbər verir ki, bu məlumatlar popular internet-resurslarda söndürülmə və nasazlıqları izləyən “Downdetector”un məlumatında deyilirdi. 

“Biz tamamilə nasazlıqları aradan qaldırdıq. Bunun üçün üzr istəyirik”, - deyə sosial şəbəkə “Twitter” platforması üzərindən, bu gün bildirib.

Qeyd edək ki, cümə günündən əvvəl, sosial şəbəkənin istifadəçiləri platformada olan nasazlıqdan dolayı şikayət edirdilər. Nasazlıqlar Rusiya, Fransa, İspaniya, Yunanıstan, Almaniyada müşahidə olunurdu.

Nasazlıqdan ən çox əziyyət çəkənlər isə Kaliforniya və Amerika Birləşmiş Ştatlarının şərq sahili sakinləri olub.

Gazeta.ru nəşri isə yazır ki, Rusiyada problemdən, Moskva şəhərinin sakinləri şikayət ediblər.

Xatırlatmaq yerinə düşər ki, iyunun əvvəlində “Hype Auditor” analitik platforması “Instagram” sosial platformasında ən populyar istifadəçinin adını elan etmişdi. Sosial platformada ən çox real layk alan isə Amerikalı müğənni və aktrisa Selena Qomes olub.

©Facemark.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272