PR

May ayının ən maraqlı qlobal reklam kampaniyaları – Foto + Video
10 İYUN
124

May ayının ən maraqlı qlobal reklam kampaniyaları – Foto + Video

2019-06-10 10:30:00

“İt kimi sevmək” bu olsa gərək

Portuqaliyanın qeyri-hökumət təşkilatı “Animallife” üçün kreativ agentlik “Havas” yeni reklam filmini ərəyə gətirib. Reklam çarxı ssenarinin yaradıcılığı, sürpriz sonu və verdiyi sosial mesajla izləyicilərdən yüksək xal alır.

 

Kəskin bıcaqlar orkestrasından “laqeydliyin səsi”

Gürcüstanın reklam agentliyi “Watergunz” yeni in-house reklam kampaniyasını ərsəyə gətirib. Reklam filmində hər kəsin soyuq silaha əlçatanlığına vurğu edilir və vəziyyətin tez bir zamanda dəyişməsinin çağırışı edilir. Reklam agentliyi qeyd edir ki, Tiflis şəhərində məktəblərdən son 3 ildə 540-dan çox soyuq silah toplanıb.

Argentina iqtidarını axtar ki, tapasan

Argentinanın məşhur satirik jurnalı “Barcelona” reklam agentliyi “Ogilvy” ilə yeni reklam kampaniyası hazırlayıb. Jurnalın kampaniyası sosial mediada 10 milyondan çox “reach” alıb. Adıçəkilən kampaniya Argentinada böyük səs-küyə səbəb olub.

Alzheimer xəstələrinin unudulmaz xatirələri divarları bəzəyib

Mərkəzi Amerikanın boya markası “Glidden” rəngarəng sosial məsuliyyət kampaniyasına imza atıb. “McCann Porto Riko” küçə sənətçiləri ilə birlikdə alzheimer xəstələrinə unuda bilməyəcəkləri sürpriz bəxş edib. Kampaniya çərçivəsində onlardan ən unutmaq istəmədikləri xatirələri soruşulub. Küçə sənətçiləri də məhz həmin anları onların divarlarında əks etdirib.

“Burger King”dən çənəsini zədələyən müştərilərinə “Sizi xəbərdar etmişdik”

“Burger King” son bir neçə ildir ki, reklam kampaniyalarında qorxu ünsürlərini ön plana çıxarır. Ürküdücü klonlar, yanan restoranlar, qəza edərək “Burger King” restoranına girən avtomobillər.... Fast food restoranları şəbəkəsinin son kommunikasiya kampaniyasında isə “Whopper” yeyərkən çənəsini incidən müştərilərin skeletləri var. Markanın dediyinə görə, reklam kampaniyasında istifadə olunan üz rentgenləri həqiqi müştərilərə aiddir. Kreativ agentlik “David São Paulo” isə reklam kampaniyasında bu mesajı verir: “Böyük olduğu ilə bağlı sizi xəbərdarlıq etmişdik”. Bu isə markanın “qorxu marketinqi” tərzi ilə üst-üstə düşür.

“Amazon” ilə fantaziya dünyasına səyahət

“Amazon” Amerikanın “Drago5” reklam agentliyi ilə yeni iş ərsəyə gətirib. Reklam filmində mizah ilə yanaşı, “Whitesnake Is This Love” kimi mahnılara da rast gəlmək mümkündür. Kampaniyada evlərinə mebel axtarışında olan müştərilər “Amazon”un əlavəsi ilə bəyəndiklərininin xəyalını qururlar.

İnəkləriniz nə qədər xoşbəxtdir?

Portuqaliyanın süd markası Terra Nostra “Xoşbəxt İnək Süd Proqramını” izah etmək üçün reklam filmi ərsəyə gətirib. Reklam filmində vurğulanır ki, xoşbətlik sağlam istehsal ilə bağlıdır. Reklam çarxı VMLY&R imzası daşıyır. Reklam agentliyi “Vyana Baytarlıq Universitet”inin araşdırmasına əsaslanaraq qeyd edir ki, inəklər insanlar tərəfindən qayğı gördükləri zaman xoşbəxt olurlar və daha keyfiyyətli süd verirlər.

“Huawei”dən analara dəstək

Marka P30 reklam kampaniyası ilə birlikdə sosial məsuliyyət layihəsini birləşdirib. Reklam kampaniyasını isə “M&C Saatchi” ilə birlikdə ərsəyə gətiriblər. Marka qeyd edir ki, dünyanın hələ də bir çox yerində qadınların uşaqlarını azad şəkildə süd verməsinə mənfi reaksiya verirlər. Markab bu neqativ baxış bucağını pozitivə dəyişməyi planlaşdırır.

Mənə ad qoymağı dayandır

20 ildir reklam işlərinə fasilə verən Fransanın moda markası “Jennyfer” cəsur bir reklam kampaniyası ilə geri dönür. Marka #dontcallmejennyfer həştəqini yaradıb. Bununla qadınların xarici görünüşünə görə reaksiya verilməsinə qarşı çıxır. 20 ildən sonra marka “Buzzman” reklam agentliyi ilə əməkdaşlıq edib. Sadə, kişi kimi qadın, yazıq kimi qadınlara adlar qoyurlar. Marka reklam kampaniyası ilə “Sıfır etiket” deyir.

©facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272