PR

“Delivery Club”ın çöl reklamı sosial şəbəkələrdə qalmaqala səbəb oldu - Foto
17 MAY
110

“Delivery Club”ın çöl reklamı sosial şəbəkələrdə qalmaqala səbəb oldu - Foto

2019-05-17 10:40:00

Rusiyanın yemək çatdırılma xidməti “Delivery Club” kuryerlərin real peşələrinə həsr olunan çöl reklamı hazırlayıb.

Fins.az-ın məlumatına görə, bu haqda şirkətin məlumatında deyilib. 

Moskavanın küçələrində, Moskva mərkəzi dairəvi yolunun stansiyalarında, metro vaqonlarında real kuryerin təsvirləri və onların bioqrafiyası haqqında faktlar ilə birlikdə bannerlər çıxıb.

Məsələn, reklam fotolarında belə sözlər yazılmışdı: Natalya – federal telekanalın reportyoru, Abdisattar- ədəbiyyat müəllimi, Andrey-beş qız atası, keçmiş zabit əməkdaşı, Rusiyanın əməkdar artisti və Urinbay – 9 dil bilir, zərgərlik məhsulları hazırlamaq bacarığı var.

Bir neçə saat içində kampaniyanın paylaşımı sosial şəbəkələrdə rezonans doğurub. İstifadəçilər diqqətini ilk çəkən o olub ki, oxşar layihə ötən ilin sentyabrında “Yandex. Eda”– “The Village” üçün hazırlanıb.

“Layihənin ideyası isə “Look At Media”ya məxsusdur və “Yandex. Eda” üçün ərsəyə gətirilmişdir”, - deyə “Dvoynaya Cploşnaya” teleqram kanalında yazıblar.

“Delivery Club”dan isə məsələ ilə bağlı “AdIndex” nəşrinə deyiblər ki, onlar çöl reklamını ərsəyə gətirməmişdən öncə, bu reklam ilə tanış idilər. “Markanın nöqteyi-nəzərindən xidmət tərəfindən başlanan reklam kampaniyası, əsasən “Delivery Club”a aiddir. Amma onun məqsədi daha genişdir. Bizim başlatdığımız kampaniya bir brend çərçivəsində sığmır. Reklam kampaniyasında insanların diqqətini kuryer peşəsinə çəkmək istəmişik. Nə qədər insan bu haqda bilirsə, o qədər yaxşıdır”, - deyə yeməyin çatdırılması üzrə şirkətin mətbuat xidmətindən deyiblər. Sosial şəbəkə istifadəçiləri yeni reklama bir çox baxış bucağından baxıblar.

“Hansı ümidsiz vəziyyət müəllim, reportyor, aktyoru kuryer olmağa təhrik edə bilər?”, - deyə istifadəçilərdən biri öz “Facebook” səhifəsi üzərindən yazıb.

©Facemark.az

  
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264