PR

“Facebook”dan reklamçılar üçün vacib yenilik - “Household audience”
14 MAY
72

“Facebook”dan reklamçılar üçün vacib yenilik - “Household audience”

2019-05-14 09:49:00

“Facebook” və “Instagram” reklamçılar üçün çox vacib yeniliyi istifadəyə verib. Belə ki, şirkətlər artıq mövcud müştərilərindən custom audience formalaşdıran zaman təkcə müştərilərin özünü yox, həm də onların ailə üzvlərindən ibarət auditoriya formalaşdıra biləcəklər.

Bəs bu nəyə görə vacib yenilikdir?

Bir çox məhsul kateqoriyasında məhsulun ehtiyacını hiss edən və almağa qərar verən şəxslər sadəcə məhsulu fiziki olaraq gəlib alan şəxslər olmur. Araşdırmalar göstərir ki, ailənin xüsusilə də yüksək məbləğdə olan ehtiyacları 10-14% ehtimalda yalnız ya ana və ya ata tərəfindən ayrı ayrılıqda, 34% ehtimalda isə ailənin bütün fərdlərinin iştirakıyla müəyyən edilir. Müştərilər xüsusilə də məbləği yüksək olan məhsulları alarkən qərarı 19% ehtimalda yoldaşı və uşaqların iştirakıyla, 38% yalnız yoldaşının iştirakıyla, 10% ehtimalda isə yalnız özləri qərar verirlər.

Bu o deməkdir ki, siz məhsulu almış müştərinizə digər məhsullarınızı təklif etdiyiniz zaman həmin şəxs o məhsulu almağı qərar verən, o məhsulun ehtiyacını hiss edən şəxs olmaya bilər. Bu şəxs bəlkə də əslində onun yoldaşı və ya övladları bilər. Household audience isə sizə imkan verəcək ki, siz məhsulunuzun ehtiyacını hiss edən və onu almağa qərar verən digər ailə üzvlərini də target edəsiniz.

Bu yeni auditoriya forması bir çox sektor üçün hazır istifadə olunacaq imkandır. Məsələn, siz elektronika mağazanızdan paltaryuyanı gəlib özü almayan (yoldaşı almış ola bilər) şəxsə digər məhsullarınızı göstərə, ailəvi səyahət tur paketini ailənin bütün fərdlərinə çatdıra bilərsiniz.

Təbii ki, digər bütün yeniliklərdə olduğu kimi bu yeniliyi də biznesi üçün ən uyğun formada istifadə edən şirkət qazanacaq. Yəni məsələ tool-lar haqqında bilmək yox, həm də onu ən yaxşı formada tətbiq etməkdir.

Numrəddin Hüseynov, Dijital Marketinq Mütəxəssisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9005
  • ₽ RUB
    0.0263