PR

“Coca-Cola” alkoqol üçün sirop xəttini elan etdi - Foto
10 MAY
91

“Coca-Cola” alkoqol üçün sirop xəttini elan etdi - Foto

2019-05-10 12:38:00

“Coca-Cola” şirkəti alkoqol üçün sirop xəttininin buraxılmasını elan edib.

Fins.az-ın məlumatına görə, bu haqda “Hypebeast” nəşri yazıb. 

Satışda Smoky, Spicy, Herbal Notes və Woody Notes əlavələri çıxacaq. Kompaniyanın xəttini yaratmaq üçün 2018-ci ilin martında London seminarına dəvət olunmuş professional miksoloqlar çağırılıb.

Maks Venninq tərəfindən hazırlanan “Somky” aromatı özündə quru meyvələri, iliq qəhvəyi ədviyyatları və palıd ağacının çalarlarını saxlayır. Andirana Çia tərəfindən hazırlana “Spicy” isə zəncəfil və jalapeno bibərinin ahəngini özündə birləşdirib. Miksoloq Antonio Naranxo “Herbal Notes” üçün strusla, şüyüdün yarpaqları və limonotundan istifadə edib. .

“Woody Notes”un hazırlanması zamanı isə paçuli, yuzu və reyhandan istifadə olunub.

Birinci növbədə siroplar Böyük Britaniyada satılacaq. Onlar “Hutchinson” şüşə butulkalarına doldurulacaq. Bu isə “Coca-Cola”nın 20-ci əsrin əvvəlindəki simvolunu xatırladır. Hər butulkanın üzərində əlavəni hazırlayanın imzası qeyd olunacaq.

Şirkətin nümayəndəsi “Marketing Week” nəşrinə deyib ki, məhsulun istehsalı siropların artan məşhurluğu ilə bağlıdır. CGA araşdırma şirkətinin məlumatına ötən il əlavələrin populyarlıq üzrə artımı 32,9% olub. 
Daha əvvəl “Coca-Cola” şirkəti öz brendi altında kofe içkisini və energetik içkini elan etmişdi. 

 

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264