PR

“Influencer” termini rəsmi olaraq ingilis dilinə əlavə edildi - Foto
08 MAY
237

“Influencer” termini rəsmi olaraq ingilis dilinə əlavə edildi - Foto

2019-05-08 11:10:00

“Merriam-Webster” leksikoqrafları rəsmi şəkildə elan edib ki, influencer, tweetstorm, gig economy və on-brand jarqonları rəsmi şəkildə ingilis dilinə - dilin ümumi leksikasına əlavə edilib.

“Adweek” nəşri yazır ki, yeni sözlərin də əlavə olunduğu lüğət artıq 172 ildir ki, amerika şirkəti tərəfindən dərc edilir. Hər sahədə jarqonlar var və belə sözləri, əsasən kiçik sosial qruplar istifadə edir, amma dilin ümumi leksikasına əlavə edilmir.

Əgər professional jarqondan zaman keçdikcə daha çox insan istifadə edirsə, bu halda o əsas dilə nüfuz edir. Belə bir taleni yuxarıda sadaladığımız sözlərə də təsir edib, belə ki, sosial şəbəkələrin hökmranlığı onların əsas dilə nüfuz etməsi prosesini sürətləndirib.

Məsələn, sahə termini olan influenceri dilə gətirən əsas marketoloqlar olub. Bu gün nüfuzlu insan anlayışının yerini, sadə insanın nəyəsə marağı varsa (məsələn, istehlak məhsulları haqqında da ola bilər), onun haqda sosial şəbəkələr üzərindən danışa, paylaşım edə bilər fikrinə verib. Influencerlər öz şəxsi platformalarından gəlir əldə etmək üçün istifadə edirlər. Onlar hər-hansı təşkilatın, brendin inkişafı ilə məşğul olurlar.

“Marketinq-brendinq-istiqamətləri indi, keçmiş ilə müqayisədə daha çox öyrənilir, aydınlaşdırılır. Peşəkar terminlərin dərk edilməsi, eyni zamanda vizual obrazların dərk edilməsiylə və məlumatlandırılmanın artmasıyla gəlir”, —“ Merriam-Webster”in redaktoru Sokolovskiy Piter izah edib.

Ümumi leksikaya daxil etmək üçün statistika deyir ki, marketinq sektorundan olan respondentlərin 92%-i deyir ki, influencer marketinq effektivdir. Son dövrlər influencer marketinq reklam bazarının böyük hissəsini tutur. O bazarı daha nüfuzlu və gözəçarpan edir. Son illər 320 yeni marketinqinfluencer-agentliklər və platformalar yaradılıb. Dünyada influencerlər ilə işləyən yeni agentliklər fəaliyyətə başlayıb. Məsələn, Rupert Murdokun “News UK” şirkəti ancaq influencerlər ilə işləyən müstəqil “The Fifth” agentliyini təsis edib. Bütün influencerlər mövzu, paylaşımın formatı, individual stil və keçmiş təcrübələrini agentlik ilə bölüşəcəklər. Agentlik isə reklamverənlərin ehtiyaclarına görə, blogger seçə biləcək və onların niyyətlərinin markanın inkişafı olduğuna təminat verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır