PR

“Facebook” istifadəçilərə reklama baxışa görə, pul ödəməyə hazırlaşır
07 MAY
152

“Facebook” istifadəçilərə reklama baxışa görə, pul ödəməyə hazırlaşır

2019-05-07 11:48:00

“Facebook” sosial şəbəkəsi özünün kriptovalyuta reklamına baxmaq üçün istifadəçilərə ödəmə etmək imkanına baxır.

Fins.az-ın məlumatına görə, bu haqda “The Wall Street Journal” nəşri yazıb.

Sosial şəbəkənin rəhbərliyi ticarət şirkətləri arasında özünün gələcək işgüzar partnyorunu axtarır və onlardan layihəyə 1 milyard dollar investisiya etməyi gözləyir. Bu, layihə üçün pul “Facebook” tokenləri üçün stabilləşdirici faktor olacaq və bazardakı güclü spekulyativ tərəddüdləri aradan qaldıracaq.

Potensial partnyorlar üçün “Facebook”un kriptovalyutasından istifadənin xeyiri o olacaq ki, əməliyyatlar zamanı komissiya, kredit kartı ilə ödənişlər ilə müqayisədə daha aşağı olacaq,

“Facebook” rəhbərliyi sosial şəbəkənin reklam ekosistemi üçün şəxsi kriptovalyutanın hazırlanması üzərində müzakirələr aparır.

Token ilə sistem təxminən belə işləyəcək: Reklamverənlər elanlarını sosial şəbəkədə token ilə ödəyəcəklər. İstifadəçilər isə reklama baxışa və onlar ilə qarşılıqlı təsirinə görə, “Facebook” tərəfindən kriptovalyuta ilə mükafatlandırılacaqlar. Belə bir yenilik “Facebook” rəhbərliyinə məxfilik siyasətinin inkişafı üçün lazımdır.

The WSJ nəşri isə yazır ki, sosial şəbəkənin şəxsi kriptovalyutasının olması nəticəsində istifadəçilərin sosial şəbəkədə keçirdikləri vaxta da təsir edəcək. Onlar şəbəkədə daha çox vaxt keçirməklə, hətta onlayn-mağazalardan token ilə alış-veriş edə biləcəklər.

Qeyd etmək yerinə düşər ki, “Facebook”un kriptovalyuta buraxması haqqında xəbər hələ ötən ildən gündəmdədir. Token ilə ödənişi test edilməsinə isə birinci Hindistandan başlanılacaq, “Bloomberg” nəşri belə yazırdı.

Sosial şəbəkə, istifadəçilərin məlumatlarının oğurlanması istiqamətində olan qalmaqalların dəfələrlə baş qəhrəmanı olub. Son açıqlanan hesabatda göstərilirdi ki, sosial şəbəkəni ABŞ-ın Federal Ticarət Kommisiyası tərəfindən 5 milyard dollar həcmində cərimə gözləyir.

Amma bu şirkətin ötən il ilə müqayisədə daha çox qazanmasına mane olmayıb. Belə ki, 2019-cu ilin birinci rübünün nəticəsinə görə, şirkətin reklamdan gəlirləri 15,1 milyard dollara çatıb.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır