PR

Milyarder Uorren Baffet: “Mən axmaq olmuşam”
06 MAY
232

Milyarder Uorren Baffet: “Mən axmaq olmuşam”

2019-05-06 11:17:00

Milyarder Uorren Baffet CNBC telekanalına müsahibəsində deyib ki, o “axmaq” olub. Ona görə ki, uzun müddət “Amazon”un səhmlərini almaq təklifini rədd edib.

Fins.az-ın məlumatına görə, Baffet deyib ki, onun investisiya şirkəti “Berkshire Hathaway” yalnız “Amazon”un səhmlərini əldə edib.

Milyarder uzun müddət idi ki, “Amazon” şirkətinə və onun rəhbəri Ceff Bezosa rəğbət bəsləyirdi, amma heç vaxt onun səhmlərini almırdı.

“Bəli, mən markanın fanatı idim və mən axmaq idim, çünki Amazonun səhmlərini almırdım”, - deyə milyarder deyib.

Amma hazırda Baffetin şirkətdən nə qədər pay alması haqqında dəqiq məlumat yoxdur. Bildirilir ki, səhmləri o almayıb. Bu işi “Berkshire Hathaway”in əməkdaşlarından, ya Todd Kombs, ya da Ted Veksler edib.

Daha əvvəl isə deyilirdi ki, “Facebook” şirkətinin təsisçisi Mark Zuckerberq Baffeti keçib və dünyanın ən zəngin üçüncü insanı olub.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır