PR

Zuckerberq “Facebook”un yeni dizaynını təqdim edib - Video
03 MAY
121

Zuckerberq “Facebook”un yeni dizaynını təqdim edib - Video

2019-05-03 14:57:00

“Facebook” F8 konfransında sosial platformanın yeni dizaynını göstərib.

Fins.az-ın məlumatına görə, tədbirin canlı yayımı sosial platformanın bloqu üzərindən təqdim edilib. 

Xüsusilə yeni dizaynda əsas qruplara fokuslanacaq. İstifadəçilərə axtarış üçün tövsiyə sisteminin yaxşılaşdırılması və onlara yeniləmənin fərqli seçimi təklif ediləcək. Yeni dizaynda sosial şəbəkə göy rəngdən tamamilə imtinanı nəzərdə tutur. Belə ki, bu rəng bütün köhnə tərtibatda üstün olub. Bundan başqa, saytın başlığı yoxa çıxacaq və sosial şəbəkənin adı daha işıqlı tonlarla veriləcək.

“Facebook”un təsisçisi Mark Zuckerberqin sözlərinə görə, yenilik təkcə, sosial şəbəkənin xarici görünüşünə deyil, onun funksionallığına da təsir edəcək.

“Biz ümumiyyətlə yeni dizaynda nəzərə aldıq ki, sizə axtarış etmək rahat olsun və əksər hallarda istifadə etdiyiniz funksiyalara daha sadə yolla çata biləsiniz”, - deyə o, F8 konfransında çıxışı zamanı vurğulayıb.

Qeyd edilib ki, əlavənin yeni versiyası yaxın zamanda iOS və Android əməliyyat sistemlərində əlçatan olacaq. Dəyişiklik, həmçinin şirkətin WhatsApp, Instagram və Messenger kimi məhsullarına da təsir edəcək.

Videoya keçid üçün link

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264