PR

30 yaşından öncə 1 milyard dollar əldə edən gənc milyarderlər – TOP 10
03 MAY
228

30 yaşından öncə 1 milyard dollar əldə edən gənc milyarderlər – TOP 10

2019-05-03 09:51:00

Fins.az Facemark.az-a istinadən sizə 30 yaşından öncə 1 milyard dollar əldə edən gənc milyarderlərin TOP 10-ğunu hazırlayıb.

1) Sergey Brin, 30 (Google-un partnyoru)

 

Brin 2004-cü ildə “Google”un 27 milyard dollarlıq qazancını açıqlamışdı. Bu onun 31 yaşına keçməsindən bir neçə gün öncə idi.

2) Elizabeth Holmes, 30 (Theranos təsisçisi)

“Forbes” nəşrinin 2014-cü ildə açıqladığı məlumata görə, Elizabeth Holmesin 30 yaşında 4,5 milyard dollar dəyərində qazancı olub. O zamanlar o özü-özünü inkişaf etdirmiş ən gənc qadın idi. Bu status model, “Kylie Cosmetics” brendinin sahibi, Kylie Jennerin yeni zəfərinə qədər davam edib.

3) Eduardo Saverin, 28

“Facebook”dakı 5%-lik səhminə görə, 2010-cu ildə 1 milyard dollarlıq sərvətə nail olub. Buna baxmayaraq həmin dövrdə onun “Facebook” şirkətinin sahibi Mark Zuckerberg ilə aralarının yaxşı olmadığı deyilirdi.

4) Patrick Collison, 28 (Stripe-ın biznes şəriki)

Patrick Collison 2016-cı ildə 30 yaşı olan zaman adını milyarderlər arasına yazdırıb. Onlayn ödəmə şirkəti olan “Stripe”ı Collison və qardaşı Jhon qurub. “Stripe”“Alphabet”in investisiya bölümündən 150 milyon dollar yüksəltərək 9,2 milyon dollar dəyərinə çatdı. Bu hər iki qardaşa milyarder adını qazandırdı.

5) Bobby Murphy, 27 (Snapchat – Bines şəriki)

“Forbes”ə görə, “Snapchat”ın biznes şəriki Murphy 2015-ci ildə milyarder adını qazanıb. Həmin vaxt onun hələ 27 yaşı olub.

6) Dustin Moskovitz, 26

Moskovitz, “Forbes”in milyarderlər siyahısına ilk dəfə 2010-cu ildə 26 yaşında daxil olub. O, 2008-ci ildə “Facebook”dan ayırlan zaman şirkətdə 6%-lik payı var idi.

7) John Collison, 26 (Stripe-ın biznes şəriki)

2016-cı ildə ikisi də milyarder olan zaman John Collison qardaşı Patrickdən iki yaş kiçik idi.

8) Evan Spiegel, 25 (Snapchat-ın biznes şəriki)

“Snapchat”ın CEO-su və biznes şəriki “Forbes 2015”-də milyarderlər siyahısında ilk yerlərdə qərarlaşanda cəmi 25 yaşı var idi.

9) Mark Zuckerberg, 23 (Facebook-un təsisçisi)

Kylie Jennerdən öncə “Facebook”un təsisçisi və CEO-su ən gənc milyarder idi. 23 yaşı olan zaman, 2008-ci ildə 1 milyard dollarını qazanıb.

10) Kylie Jenner, 21

“Forbes” Jennerin sahibi olduğu “Kylie Cosmetics” brendinin dəyərinin 900 milyon dollar olduğunu bildirib. Nəşr qeyd edib ki, brenddən başqa, onun ümumi sərvəti çoxdan 1 milyard dolları keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264