PR

Artıq əcnəbi supermarketlərdəki kameralar müştərilərin yaş, cinsini müəyyən edəcək
02 MAY
126

Artıq əcnəbi supermarketlərdəki kameralar müştərilərin yaş, cinsini müəyyən edəcək

2019-05-02 12:40:00

Müştərilərin fərdi xüsusiyyətlərinə görə, reklam görməsini təmin edən kameraların mağaza satışları artıracağı gözlənilir. ABŞ-da supermarketlər reklamların göstərildiyi ekranlara yerləşdirilən kameralar hesabına müştərilərin yaş və cinsini təxmin etmək olar.

Hələ başlanğıc mərhələsində bu yeni texnologiya indidən bir çox marketdə istifadə edilməyə başlayıb. Müştərilərə dair xeyli sayda informasiya toplayan kameralar “Amazon” kimi onlayn mağazalar ilə rəqabət etmələri üçün pərakəndəçilərə satılır.

“Ağıllı” ekranlar təqdim edildi

Kameraları istehsal edən “Cineplex Dijital Media” adlı şirkət alış-veriş mərkəzlərinə, avtobus dayanacaqlarına yerləşdirilən bu “ağıllı” ekranları təqdim edib. Fərdlərin eynək taxması, ya da saqqal saxlaması vəziyyətində yeni eynək çərçivəsi, ya da təraş maşını kimi əlaqəli məhsullara yönəlik reklamlar göstərən ekranların mağazaların satışını artıracağı düşünülür.

Müştərilərin hansı istiqamətdə baxdıqları da təsbit ediləcək

ABŞ-ın əczana qrupu Walgreens, 6 fərqli şəhərdə kameraların olduğu avtomotik qapılar yerləşdirib. Kameralar müştərilərin yaşını təxmin edir, eyni zamanda ekranda hansı nöqtəyə baxdığını da təsbit edir. Ancaq mağazanın rəsmiləri hələlik bu funksiyanı aktiv etmədiklərini, adıçəkilən qapıları mağazanın qarşısından nə qədər müştərinin keçdiyini hesablamaq üçün istifadə etdiklərini deyib.

“Walgreens”dən adıçəkilən funksiyaları müştərilərin gizliliyi çərçivəsində dəyərləndirildikdən sonra istifadəyə veriləcəyi deyilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264