PR

“Google”un daxil olduğu “Alphabet” şirkəti reklamlardan nə qədər qazanıb? – Foto
02 MAY
111

“Google”un daxil olduğu “Alphabet” şirkəti reklamlardan nə qədər qazanıb? – Foto

2019-05-02 11:20:00

“Google”un sahibi “Alphabet” şirkəti 2019-cu ilin birinci rübü ilə bağlı hesabat dərc edib.

Fins.az-ın məlumatına görə, holdinq gəlirlərinin böyük hissəsini-84,5%-ni “Google” biznesindən əldə edib.

Belə ki, gəlirlərin formalaşmasına şəxsi veb-saytda və tətbiqdə banner və reklamların satışı, həmçinin partnyor saytlar təsir edib. Bu seqment üzrə gəlirlər 30,7 milyard dollar təşkil edib bu isə 2018-ci ilin anoloji dövrü ilə müqayisədə 13% çox rəqəm deməkdir.



“Alphabet”in nümayəndəsi hesabat ilə bağlı deyib ki, “Google” biznesində reklam gəlirlərinin əsas hissəsini “pullu kliklər” təşkil edir. Bu istiqamət üzrə “Google”un göstəriciləri cari ilin birinci rübündə 39%-ə qədər yavaşlayıb. 2018-ci ilin anoloji dövründə isə bu göstərici 59% olub. Ekspertlər “Google”un sahibinin reklam gəlirlərində azalmanı rəqibi, internet-şirkəti “Amazon”un öz reklam məhsullarında eksperimentləri ilə izah edib.

“Emarketer” şirkətinin tədqiqatına görə, bu gün “Google”un istifadəçilərinin sayı 3 milyard insan təşkil edir. Bu isə onu dünyanın ən böyük internet-reklam satıcısı edir.

“Alphabet”in 2019-cu ilin birinci rübündə gəlirlərinə gəldikdə isə bu rəqəm 36,3 milyard dolalr təşkil edib. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur. Gəlirlərdə əhəmiyyətli hissəni mobil axtarışlar, “YouTube” və “Cloud” bulud xidməti üzrə olub. Şirkətin əməliyyat gəlirləri isə 6,6 milyard dollara çatıb. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 18% daha çoxdur.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264