PR

Qonşu ölkədə film izləmə davranışı dəyişir – Araşdırma
01 MAY
131

Qonşu ölkədə film izləmə davranışı dəyişir – Araşdırma

2019-05-01 12:53:00

Bütün dünyada olduğu kimi Türkiyədə də onlayn film və serial izləmə davranışı hər ötən gün daha da yayılır. Kontent istehlakçılarının marağı bu platformalara günbəgün yüksəlir. Digər ölkələrdə olduğu kimi, Türkiyənin də onlayn platformalarla təcrübəsi piratdan keçib.

Fins.az-ın məlumatına görə, Netflix, BluTV, BeinConnect ve Turkcell TV+ kimi pullu platformalardakı müştəri məmnuniyyəti hər ötən gün daha da artır. 

İstanbul İqtisadi Araşdırmasının əldə etdiyi nəticələrə görə, müştərilərin 60%-i onlayn ödəniş etdiyi pullu platformaları pirat yayımlardan daha təhlükəsiz hesab edir. 10 nəfərdən 9-u isə reklamsız kontenti və istədiyi zaman izləmə azadlığını mənimsəmiş görünür. Respondentlərin 84,4%-i isə deyir ki, onlar qanuni yolla istədikləri kontenti əldə edirlər.

Bu isə onların pirat səhifələrə ziyarət etmə ehtimalını azaldır. Pirat yerli və xarici film səhifələri tənzimləmələrə baxmayaraq böyüməyə davam edir. Belə səhifələr bağlanır, amma onlar eyni adın yanına başqa bir say əlavə edərək yenidən açılır. 

60% tamaşaçı isə deyir ki, pirat saytlar ilə müqayisədə pullu platformalardan istifadə onların təhlükəsizliyinə təminat verir. 

Aşağıda anketin nəticələri ilə tanış olmaq olar:



Kontenti qanuni yollarla izləyənlərin sayı 84,4%-dir. Belə düşünənlər xüsusilə 18-35 yaş arasındakı gənclərdir. Bu rəqəmlər pullu platformaların ölkədəki gələcəyi ilə bağlı mənzərə yaradır. Çünki gənclər ən böyük onlayn istehlakçı qrupunu təmsil edirlər. Eyni zamanda, yuxarıdakı yaş qrpunu pirat saytları ən çox ziyarət edən təbəqədir.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264