PR

İş müsahibəsində əmək haqqı mövzusu necə danışılmalıdır?
01 MAY
253

İş müsahibəsində əmək haqqı mövzusu necə danışılmalıdır?

2019-05-01 09:59:00

Bəlkə də iş müsahibəsinin ən çətin hissəsi əmək haqqı mövzusudur. "Maaş gözləntiniz nədir?" sualına cavab tapmaq asan deyil, amma bu sual mütləq veriləcək. O halda nə etməliyik?

  • Dəyərli olduğunuzu hiss etdirin

Necə ki, şirkət bütün müsbət istiqamətlərindən bəhs edir, siz də öz dəyərinizi ortaya qoymalısınız. Əgər sektorda yeni deyil və təcrübəlisinizsə, işəgötürən qarşısında bir az daha güclü ola bilərsiniz. Xüsusilə də, işlədiyiniz anda bir təklif alsanız, onu maaş qismində lehinizə çevirmək mümkündür. Prioritet olaraq şirkətə qata biləcəyiniz şeylərdən və təcrübənizdən bəhs edin. Sizə ehtiyacları olduğunu hiss etmələri maaş mövzusundakı qərarda təsirli olacaq.

Belə bir vəziyyətdə rəqəm vermək yerinə, təcrübə və bacarıqlarınızın bu şirkətdə qarşılığının nə olduğunu soruşa bilərsiniz.

  • Maaş mövzusunu dərhal açmayın

Hər kəs həyat standartlarını yüksəltmək üçün çalışır. Bu vəziyyətdə aldığınız maaş da əhəmiyyətlidir. Bəli, əmək haqqı vacibdir, amma iş müsahibəsində ilk fürsətdə qeyd etmək lazımdırmı? Mövzunun işəgötürən tərəfindən açılmasını gözləmək daha faydalıdır.

  • Maaş gözləntiniz nədir?

Özünüzü ifadə etdiniz, işəgötürən də sistemin necə irəlilədiyini sizə izah etdi, siz onlardan eşitmək istədiniz amma bir rəqəm deməyinizdə israr edirlər. Bu halda nə etmək lazımdır?

Çalışdığınız sektorda kim nə qədər maaş alır mövzusunu öncədən araşdırmalısınız. Əgər belə bir araşdırma etmisinizsə, yenə də dəqiq bir rəqəm yerinə rəqəm aralığı deməyiniz daha məqsədəuyğundur. 

  • Əvvəlki qazancınız barədə danışa bilərsiniz

İşəgötürənə nə qədər qazandığınızı deyə bilərsiniz. Bəlkə də bir əvvəlki işdən çıxma səbəbiniz maaşın aşağı olmasıdır. Bunu yüksəltmək lazımdır və gözləntinizi bu yöndə çatdırmalısınız.

  • Əgər yeni məzun olmusunuzsa

İşəgötürən sizin yeni məzun olduğunuzu bilir. Yuxarıda qeyd edildiyi kimi, sektorda nə qədər əmək haqqının alındığını əvvəlcədən araşdırmaq lazımdır. Amma təcrübəsiz olmanız bəlkə təcrübəli birinə görə daha az maaşla başlamanıza səbəb olacaq. Ortalamanın üzərində bir maaş gözləntisi ifadə etməyərək, bunu təcrübə qazanacaq bir fürsət olaraq görə bilərsiniz.

  • İşləyərkən təklif alsanız, hər şey sizin lehinizədir

Bir işiniz varkən başqa bir firma tərəfindən təklif aldınızsa maaş mövzusu sizin lehinizədir. Çünki siz şirkətlər tərəfindən axtarılan biri halına gəlmisiniz. Bunun üçün işlədiyiniz yerdə aldığınız maaşdan daha yüksək miqdarda əmək haqqı söyləyə bilərsiniz. Şirkət sizi istədiyi üçün edəcəyiniz təkliflərə hazırlıqlı olacaq. Bundan istifadə edərək yaxşı bir maaşla yeni bir şirkətdə işə başlaya bilərsiniz.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır