PR

100 milyon abunəçisi olan “YouTuber”dan - Yeni qərar
15 APREL
165

100 milyon abunəçisi olan “YouTuber”dan - Yeni qərar

2019-04-15 11:44:00

“YouTube” fenomeni PewDiePie, DLive adlı Blockchain əsaslı canlı yayım platformasına keçir.

Facemark.az-ın məlumatına görə, “YouTuber”un qlobal miqyasda 100 milyon abunəçisi var. PewDiePie ilə “Dlive” arasındakı əməkdaşlıq bugünə qədər edilmiş ən böyük canlı yayım razılığıdır.

“PewDiePie”un “YouTube” kanalında təxminən 100 milyon abunəçi və 21 milyard baxış sayı var. O, hazırda “YouTube”da kontentinə ən çox baxış sayı olan ikinci “YouTuber”dur. Aprelin 14-dən etibarən o, “Dlive” üzərindən həftəlik yayım edəcək.

PewDiePie tanınan Felix Kjellberg açıqlamasında deyib ki, “Yenidən davamlı canlı yayımlar həyata keçirməkdən dolayı həyəcanlıyam. Dlive, digər yayımçılar kimi mənə həqiqi bir şərik kimi rəftar etdikləri üçün mükəmməl bir platformadır”, açıqlamasını edib.

Aylıq 3 milyon aktiv istifadəçisi və 35 min aktiv yayımçıya sahib “Dlive”ə “Dlive.tv”dən başqa, Android və iOS tətbiqləri üzərindən əlçatanlıq var.

Mənbə: DigitalAge

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266