PR

IKEA loqotipini yenilədi- dəyişikliklər görünməyəndir - Foto
15 APREL
193

IKEA loqotipini yenilədi- dəyişikliklər görünməyəndir - Foto

2019-04-15 11:42:00

İsveç şirkəti IKEA loqotipini yeniləyib, amma dəyişiklik birinci baxışda hiss olunmur. Dürüst olaq ki, ikinci baxışda da bu dəyişiklik hiss olunmur.

Fins.az-ın məlumatına görə, bu barədə “Brand News” nəşri yazıb.

 

Əlavə edək ki, redizayn şirkətin yenidən mövqeləndirilməsi və ya markanın öz kimliyinə qlobal baxış ilə əlaqəli deyil. Mebel brendinin etdiyi redizayn daha kosmetikdir. Ən mühüm dəyişiklik hərflərin yerləşdiyi ovalın hündürlüyünün artmasıdır. Bu şriftləri daha böyük etməyə imkan verib. K və A hərfləri öz şəklini dəyişib və adıçəkilən hərflər arasında boşluqlar daha azalıb. Nəticədə, daha müasir görünüş əldə edilib.

Qeyd etmək yerinə düşər ki, IKEA kompaniyası 1943-ü ildə İsveçdə yaradılıb. IKEA adı abbreviaturadur. Belə ki, ilk iki hərf onu yaradanın adıdır, İnqvar Kamprad, digər iki hərf isə onun böyüdüyü məhlə Elmtaryd və doğma şəhəri Agunnaryd ilə bağlıdır.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272