PR

Yarım milyondan çox sorğu “Yandex”-i yeni xidmət yaratmağa sövq etdi - Foto
11 APREL
227

Yarım milyondan çox sorğu “Yandex”-i yeni xidmət yaratmağa sövq etdi - Foto

2019-04-11 11:03:00

“Yandex” və “PURINA” brendi ev heyvanlarının axtarışı üzrə yeni xidməti işə salıblar.

Fins.az-ın məlumatına görə, Rusiya mətbuatı yazır ki, indi insanlar itmiş və tapılan it, pişik haqqında yaxınlıqda yaşayan internet istifadəçilərinə məlumat verə biləcəklər. Bu, ev heyvanının sahibinə qaytarılması şansını artıracaq.

Son illər ərzində “Yandex”də itmiş və tapılan it, pişik haqqında yarım milyondan çox sorğu veriblər. Görünür ki, bu statistik məlumat şirkəti öz sevimlilərini tapmağa kömək edən, nizama salınmış alət hazırlamağa sövq edib.

İndi itmiş və tapılan ev heyvanları haqqında insanlar platformaya daxil olub elan yerləşdirə bilərlər. Amma elanda onlar ev heyvanının parametrlərini, foto, öz mobil telefonu, elektron poçtu, rayonunu və onu itirdiyi və tapdığı ərazini qeyd etməlidirlər. Bu əməliyyatdan sonra, istifadəçilərin elanları “Yandex”də və “Reklam Şəbəkəsində” çıxacaq. Belə ki, əvvəlki sorğular da məhz həmin yerlərdə olurdu. Beləliklə, bu elanları o insanlar görəcək ki, onlar ev heyvanlarının həmin rayon ərazisində itiriblər.

Yeni xidmət test rejimində Yekaterinburq şəhərində fəaliyyətə başlayıb. Yaxın zamanda isə, Moskva, Novosibirski, Samara, Tver kimi iri şəhərlərdə də bu xidmətdən istifadə əlçatan olacaq.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264