PR

“Sprite”dan yeni kampaniya: “Sevgi qazanacaq” – Video
11 APREL
92

“Sprite”dan yeni kampaniya: “Sevgi qazanacaq” – Video

2019-04-11 10:11:00

“Sprite” #iloveyouhater reklam seriyası ilə nifrətə qarşı öz pozisiyasını nümayiş etdirməkdə davam edir.

Argentinanın kreativ agentliyi “Santo” “Sprite” üçün reklam seriyasında nifrətin tək dərmanının sevgi olduğunu vurğulayır. Hər iki tərəf nifrəti azaltmağı missiyası halına gətirir. Reklam seriyasının son bölümündə Argentinalı “Twitter” istifadəçisi onun tərəfindən təhqirlərə məruz qalmış 100 nəfər ilə üzləşir. 

Roger Daltrey 18 yaşında gəncdir və üzü olduqca məsum görünür. Onun “Twitter”də adı @AguanteElCoflar-dır. O, social şəbəkədəki bu adla 500-dən çox insana təhqiredici tvitlər atıb. “Sprite” və kreativ agentliyi “Santo” Rogeri tapdıqdan sonra, onun tərəfindən təhqir edilmiş 100 nəfəri də müəyyən edib. “Sprite”ın kommunikasiya işi üçün müəyyən edilən 100 nəfər Rogerin təhqiredici sözlərindən ibarət köynək geyiniblər. Nizamla düzülərək Rogeri gözləməyə başlayıblar.

Roger onlar ilə üzləşdiyindən xəbərsizdir. O, kütləni gördükdə, nəyin baş verdiyini anlamır. Amma qısa müddət içərisində onların təhqir etdiyi şəxslər olduğunu başa düşür. Ətrafına narahatlıqla baxmağa başlayır. Onlar Roger tərəfindən irqinə, cinsinə və bir çox xüsusiyyətinə görə təhqir edilmiş insanlardır. Onlar Rogerin ətrafını sarmağa başlayır və üzünə onun dediyi sözləri deyirlər. Bu vaxt “Sprite”ın kommunikasiya kampaniyasının əsas şüarı olan “Sevgi qazanacaq” sözü ortaya çıxır. Roger nə qədər təəccüblənsə də, hər kəs onu qucaqlamağa başlayır.

Marketinq Türkiye

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266