PR

Bayramlar – satış fürsəti kimi...
10 APREL
571

Bayramlar – satış fürsəti kimi...

2019-04-10 10:24:00

Mən şirniyyat məhsulları şirkətində çalışdığım zaman bayramlardan doğru istifadə zamanı ciddi göstəricilərə nail olduğumuzun şahidiyəm.

İnsanlar sevinməyi sevirlər. İnsanlar qayğısızlığı və şənlənməyi xoşlayırlar.

İnsanlar şənlənmək üçün min bəhanə axtarırlar.

Tarixən insanlar bu istəkdən çıxış edərək məhz bayramları düşünmüşlər.

Məhsul bolluğu arzusu əkinə, biçinə, sənətkarlığa və yığıma təsirini göstərmişdir. Dünyanın əksər xalqlarında məhsulun əkini və yığımına hazırılq bir bayram təntənəsinə çevrilirdi.

Yeni ilin başlanması...

Köhnə ilin yola salınması...

Milli və dövlət bayramları...

Hərbi paradlar və əyləncəli kütləvi tədbirlər...

Elliklə gəzintilər...

Saymaqla bitən deyil...

Tələsən insanlar, yığıncaqlar

Bütün bunlar insanların mənfi enerjidən və yorğunluqdan qurtulmaq istəyindən irəli gəlirdi...

Bayramlar yeni ümidlərlə qarşıdan gələn günlərə insanın qucaq açmasıdır.

İnsanların həyat eşqinin coşub-daşdığı, yaşamaq istəyinin apogeyə çatdığı qısa zamandır bayramlar...

Sonra yenə adi günlər, iş-güç, ailə qayğıları, problemlər və yenə də növbəti bayramın gəlişini gözləmək...

Bəri başdan qeyd edim ki, son zamanlar keçirilən irili-xırdalı bayram tədbirlərində mən iştirak etmək istəmirəm, çünki cüzi də olsa kreativ nəfəs duymuram…Bayram insanlarla kommunikasiyanın unikal formasıdır. Biz isə yalançı endirimlərdən,diqqəti cəlb etməyəcək qədər cılız vizuallardan o yana getmirik. Əvvəllər çox maraqlı və diqqətçəkən kreativ həllərlə tez-tez qarşılaşırdıq.

Bayramlar öz mahiyyəti baxımından satışa birbaşa ciddi təsir göstərən mühüm faktordur. Ölkəmizdə təqvim ili boyu xeyli sayda rəsmi dövlət və peşə bayramları yer alıb.

Bundan əlavə, bir sıra beynəlxalq bayramlar da mövcuddur ki, onların qeyd olunması ya dövlət, ya da ki, ictimaiyyətin təşəbbüsü ilə həyata keçirilir. Bayramların qeyd olunması dövründə insanların əhvalinın yüksək tonusu bir sıra məhsulların satışını xüsusi stimullaşdırır. Bu baxımdan:

- Qida məhsulları

- Alkoqol və sərinləşdirici içkilər

- Kulinariya və şirniyyat məhsulları

- Suvenir məmulatları

- Məişət texnikası və elektronika

- Əyləncə və turizm

- Qida və yemək sifarişi kimi istiqamətlər diqqəti cəlb edir.

Reklamları ən qısa müddətə - tətil günləri və bayramlarla bağlı konteksdə təqdimi, məsələn, məhdud saylı özəl paketləmədə, bir konsept çərçivəsində, bayram və yarmarkanın fəaliyyəti mərhələsində gerçəkləşdirilə bilərdi.

https://www.youtube.com/watch?v=3dJCroCMBPM

Bu baxımdan nümunələr diqqətəlayiqdir. Məsələn, M&Ms-in xüsusi olaraq, Bunny Mix adlı məhz bayram məhsulu istehsal etmişdi və onu yalnız bayramlarda gerçəkləşdirmişdi.

Bayram günlərində insanların dost-tanışları ilə birgə vaxt keçirdikləri günlərdir, bu zaman korporotiv tədbirlərdə kütləvi xarakter alır. Bundan fayadalana biləcək xidmət sahələri arasında hotellər, hostellər və turizm və səyahət firmaları üçün məsuliyyətli dövrdür.

Klassik formatlı reklamlar əvəzinə kreativ konseptlərə dayanıqlı aksiyaların və kampaniyaların qeyri-standart yaradıcılılıq həlli ilə seçilən formatda təqdimi satışı ciddi surətdə hərəkətləndirməyə qadirdir. Bu deyilənlər ilk növbədə:

- Gözəllik salonlarına

- Şəhər daxili ekskursiyalara

- Klininq şirkətlərinə

- Gecə əyləncə klublarına

- Teatrlaşdırılmış kütləvi əyləncə tədbirlərinə münasibətdə effektiv ola bilər.

https://www.youtube.com/watch?time_continue=29&v=8IdbdsHAOy4

Yay mövsümünə təsadüf edən bayramların xüsusi energetikası olur. Belə günlərdə adətən adi məhsullara belə diqqəti cəlb etmək və onların satışını artırmaq mümkündür. Bu mənada:

- İdman geyimləri və ayaqqabılar

- Fitnes aksesuarları

- İdman avadanlıqları

- Gül-çiçəklərin çatdırılması

- Səbətlər

- Bağçılıq aksessuarları

- Uşaqlar üçün oyuncaqlar və geyimlər xüsusi kreativ formatla stimullaşdırıla bilər.

Göründüyü kimi, bayramlar satış üçün möhtəşəm fürsətdir. İnsan beyni pul xərclənməsinə ağrı və məmnunluqla reaksiya verir. Pulun özünün prosesi ayrılıq kimi dəyərləndiyi üçün xərclənməsi rasional olaraq adekvat olaraq ağrı olaraq dəyərləndirir. İstəyində olduğun bir mal və ya məhsula sahiblənmək isə eqonun qarşılığı kimi xoş duyğuların məmnunluğunu yaşadır.

Bayram günlərində məmnunluq və öz istədiyin məhsula yiyələnmək istəyi daha da fəallaşır. Bundan kreativ reklam dəstəyi ilə faydalanmamaq satış fürsətinə etinasızlıq deyilmi?

Teymur Məmmədov

Adver.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264