PR

2018-ci ildə “Nestle”nin Rusiyadakı satışları nə qədər olub?
05 APREL
194

2018-ci ildə “Nestle”nin Rusiyadakı satışları nə qədər olub?

2019-04-05 10:17:00

Ötən il yerli bazarda şirkətin satışlarından əldə edilən dövriyyə 120 milyard rubla çatıb. Bu deməkdir ki, “Nesle”nin Rusiyada satışları ötən il 2017-ci il səviyyəsində qalıb. İsveçrənin qida məhsulları istehsalçısı “Nestle”nin 2018-ci ildə Rusiyadakı satışlarının həcmi 120 milyard rubla çatıb.

Fins.az-ın məlumatına görə, bu barədə “Nestle”nin Rusiya və Avrasiya regionu üzrə başçısı Marsial Rollan maliyyə nəticələrinin təqdimatı zamanı deyib. 2017-ci ildə isə dövriyyənin həcmi 120,5 milyard rubl olub.

“Nestle”nin maliyyə nəticəsinə görə, 2018-ci ildə kompaniyanın qlobal xalis mənfəəti 2017-ci illə müqayisədə 38% ,10,1 milyard franka (721 milyard rubl-2018-ci ilin valyuta məzənnəsi ilə) qədər artıb.

Qlobal marketinq və inzibati xərclər isə cəmi 1% artaraq, 20 milyard franka qədər yüksəlib.

“AdIndex”in “Mediascope”un məlumatları əsasında hesablamasına görə, 2018-ci ildə “Nestle” 4 media kanalında (TV, radio, çöl reklamı, ənənəvi mətbuatda) reklamın yerləşdirilməsinə 4,5 milyard rubl xərcləyib. Həmin xərcin 4,4 milyard rublu isə təkcə, markanın TV reklamına gedib.

Marsial deyib ki, şirkət Rusiyada reklama xərcləri barəsində məlumatları açıqlamır. Amma o əlavə edib ki, 2019-cu ildə “Nestle” dijital sektora sərmayəni artırmağı və gənc auditoriyanın cəlb edilməsi üçün yeni platformalarda təcrübə aparmağı planlaşdırır.

Qeyd edək ki, “Nestle” İsveçrənin qida istehsalçısıdır. Şəxsi məlumatlara görə, şirkət artıq 148 ildir ki, Rusiya bazarındadır. “Nestle”nin 10 fabrikindən 8-i Rusiyadadır. Onun bazarda brendləri arasında: “Nestle”, “KitKat”, “Maggi”, “Rossiya-şedraya duşa”, “Bıstrov, “Purina” (Friskies, Felix) var.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265