PR

2018-ci ildə dünya musiqi sənayesinin gəliri nə qədər olub?
03 APREL
119

2018-ci ildə dünya musiqi sənayesinin gəliri nə qədər olub?

2019-04-03 15:42:00

Dünya musiqi sənayesinin gəlirləri 2018-ci ildə rekorda, 19,1 milyard dollara çatıb.
Fins.az-ın məlumatına görə, bu barədə RBK səsyazma sənayesinin Beynəlxalq Federasiyasına istinadən yazıb. 2017-ci ildə bu rəqəm 1,8 milyard dollar olub, böyümə isə 9,7%-dir. Gəlirlərə ən böyük faydanı striminq audioxidmətlərinə abunəçilərindən əldə edilib və gəlirlər 1/3-ə qədər böyüyüb. Hazırda dünya musiqi sənayesinin gəlirlərinin 37%-ni təşkil edir. 
Federasiyanın hesablamasına görə, dünyada 255 milyon insan striminq audioxidmətlərindən pullu istifadə edir. Gəlirlərdə ikinci payı isə fiziki daşıyıcılarda musiqinin satışından gedir. Buna baxmayaraq, bu sahədən gəlirlər 10,1% azalıb. Musiqi sənayesində gəlirləri təmin edən 3-cü faktor isə sənətçilərin performanslarının satış haqqından əldə edilib. 
Federasiya mahnı, film, reklam, oyunlarda istifadə olunan mahnılardan əldə edilən gəlirləri 2% həcmində qiymətləndirib. Gəlirlərin 12%-i musiqi kompozisiyasının pullu yüklənməsində n əldə edilib. Musiqi yazılarının bazarı 4-cü ildir ki ardıcıl artır. Striminq xidmətləri üzərindən artım isə artıq 8 ildir ki, davamlı olaraq müşahidə olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267