PR

“Facebook”un rəhbəri kömək istədi: “Standart yanaşma lazımdır”
03 APREL
131

“Facebook”un rəhbəri kömək istədi: “Standart yanaşma lazımdır”

2019-04-03 15:37:00

“Facebook”un rəhbəri Mark Zuckerberq hakimiyyəti interneti daha aktiv nizamağa çağırıb. Belə ki, Mark Zuckerberq dünya ölkələrinin hökumətlərini və məsul orqanları vahid qlobal qaydalar yaratmağı təklif edib. Nəzarət altında seçkiqabağı kampaniyalar, şübhəli məzmunlar və məlumatların məxfiliyin qorunması daxil olmalıdır.

Fins.az Facemark.az-a istinadən xəbər verir ki, belə bir bəyanatı o adlıçəkilən platformadakı səhifəsi üzərindən paylaşıb. 

Zuckerberq deyib ki, hakimiyyət tərəfindən vahid normalar hazırlansa və nizama salınsa, insanların sosial şəbəkə üzərindən özlərini ifadə azadlığı saxlanılacaq və cəmiyyət qorunacaq.

“Mən hesab edirəm ki, bu işdə hakimiyyət və nizamlayıcı orqanlar aktiv iştirak etməlidir. İnternetdə hüquqi normaları yaxşılaşdırmaqla biz istifadəçilərin özlərini ifadə azadlıqlarını və sahibkarlar üçün yeni nələrsə yaratma imkanını qoruya bilərik”, - deyə o sözlərinə əlavə edib.

O, təklif edib ki, internet və sosial şəbəkələri əhatə edən sahələrdə yeni normalar yaradaq. Bu istifadəçilərin şəxsi məlumatlarının qorunmasına və seçkilərə təsir cəhdlərinin qarşısını alınmasına və arzuedilməyən kontentlə mübarizə daxidir. “İnsanlar məlumatların ötürülməsi prosesində onlarla alətdən istifadə edir və biz bununla şəbəkədən arzuedilməyən kontentdən yaxa qurtara bilmərik. Bizə standartlaşdırılmış yanaşma lazımdır”, - Zuckerberq düşünür.

Belə standartların hazırlanması və onlara riayət edilməsinə məsul isə internetdə işləyən şirkətlər aparmalıdır. Amma istifadəçilərin məlumatlarının qorunmasının vahid qaydasını hazırlamaq olar. Bu sənəd Avropa Birliyinin ümumi reqlamenti ola bilər. Həmçinin o, siyasi eklamın yeni anlayışının hazırlanması üçün təklif edib. O, xatırladib ki, indi Facebook məlumat bazası yaradır. Bununla müəyyən etmək olacaq ki, siyasi reklamın yerləşdirilməsini kim sifariş edib və o kimlərə göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266