PR

Reklamverənlər "Facebook"un nasazlığına görə əziyyət çəkdilər
15 MART
97

Reklamverənlər "Facebook"un nasazlığına görə əziyyət çəkdilər

2019-03-15 11:10:00

Bir sıra reklamverən "Facebook" sosial platformasında baş verən nasazlığa görə, əziyyət çəkib.

Fins.az-ın məlumatına görə, bu barədə AdAge nəşri yazıb. Nəşr qeyd edib ki, potensial olaraq milyonlarla kompaniya bu haldan əziyyət çəkə bilərdi.

Nasazlıq martın 13-də Rusiya, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə baş verib. Moskva vaxtı ilə saat 19:00-da Facebook, Instagram, həmçinin WhatsApp-ın işində nasazlıq baş verib. Qeyd olunan platformalar üzərində reklam yerləşdirmək üçün "Ads Manager" platformasının da işində eyni hal, yəni nasazlıq müşahidə olunub. AdAge nəşri qeyd edir ki, bu alətdən bir çox reklamverən istifadə etmir. Bununla belə nəşr əlavə edir ki, "Facebook"un bu xidmətindən daha çox faydalanan kiçik və orta müəssisələrdir.

"AdAge" qeyd edir ki, sosial şəbəkə reklamlardan gündəlik qazancı 90 milyon dollardır. "Facebook" və "Instagram" üzərindən reklamverənlərin sayı isə 6 milyondan çoxdur: "Buna görə də, platformanın əsas kanalında baş verən istənilən nasazlıq onun gəlirlərinə təsir edir", - deyə nəşr əlavə edir. Amma bu gün isə "Ads manager"in işində baş verən nasazlığın, platformada baş verən kütləvi nasazlıqla bağlı olub-olmadığı bilinmir. Həmçinin reklamverənlərə vurulan zərərin dəqiq ölçüsü məlum deyil. Bəzi marketoloqlar problemin mövcudluğu ilə bağlı faktı təsdiq ediblər. Bu isə internetdə müzakirə etmək üçün yeni mövzu olub. BBC nəşri isə yazır ki, bu son illər "Facebook"da baş verən ən ciddi nasazlıqdır.

Qeyd etmək yerinə düşər ki, axırıncı dəfə belə bir hadisə 2008-ci ildə baş verib. Həmin vaxt sosial şəbəkədə olan istifadəçilərin sayı 150 milyon olub. Hazırda bu isə onların sayı 2,3 milyard nəfərdən çoxdur.

©Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264