PR

Pivə markası sosial eksperiment həyata keçirdi: Avto qəzaların sayı azaldı - Video
12 MART
115

Pivə markası sosial eksperiment həyata keçirdi: Avto qəzaların sayı azaldı - Video

2019-03-12 12:14:00

Niderlandın Pvə markası “Heineken®” Rusiyanın barlarında sosial eksperiment keçirib.

Fins.az Facemark.az-a istinadən xəbər verir ki, yeni kampaniya “sükan arxasında bir damcı alkoqola yox!” sloqanı ilə baş tutub. 

Kampaniya çərçivəsində insanlara alkoqoldan məsuliyyətli istifadəyə çağırış edilib. Kampaniyanın nəticəsində, sürücülərin 85%-i alkoqol qəbul edərək sükan arxasında oturmaqdan imtina edəcəkləri ilə bağlı niyyətlərini ifadə ediblər.

Davranışlarda dəyişiklik qərarın alındığı yerdə başlayır. Buna görə “Heineken®” 10 barda xatırladıcı və məsləhətlərdən ibarət lövhə yerləşdirib. Belə cəhd sürücüləri doğru qərar qəbul etməyi və sükan arxasında alkoqoldan imtina etməyə motivasiya edib.

Eksperiment iki həftə ərzində Moskvada yerləşən “Doroqaya ya perezvonyu”, “Petrov i Vaseçka” barlarında, həmçinin Sankt-Peterbruq şəhərindəki İrland pabı “Old friends” və “The Irish House”da reallaşdırılıb. Sürücülərin davranışının dəyişikliyinə yönəldilmiş bütün qərarlar ekspert-sosioloq Konstantin Filonenkoyla əməkdaşlıq nəticəsində ərsəyə gətirilib. Xüsusi lövhələr, stəkan altılar, barlardakı stikerlər sürücüləri problem haqqında düşünməyə çağırıb. Bundan başqa, onları alkoqollu içkilərdənsə, alkoqolsuz içkilərə üstünlük verməyi təklif ediblər. Məsələn, “Heineken® 0.0” barın ərmağanı olsun.

Əsas nəticələr:

- Moskvada yaşayan sürücülərin 80%-i, Sankt-Peterbruqdakıların 72%-i bildiriblər ki, sosial eksperiment onları problem haqqında düşünməyə və gələcək davranışlarını dəyişməyə təşviq edib.

- Respondentlərin 67%-i isə deyib ki, proqram onları motivasiya edib və onlar öz dostlarına sükanı alkoqollu halda idarə etməkdən imtina etməyə cəlb ediblər.

- Sorğu iştirakçılarının 70%-i isə deyib ki, sosial eksperiment onları sükanı alkoqollu halda idarə etməkdən imtina etməyə kömək edəcək.

Qeyd etmək yerinə düşər ki, daha əvvəl sosial eksperiment Böyük Britaniya, Brazilya, Yeni Zelandiyada həyata keçirilib. “Heineken®”in burda əsas məqsədi qlobal səviyyədə sürücülərin davranışlarını dəyişdirmək olub. Bütün bu ölkələrdə sınaq uğurla həyata keçirilib. Nəticədə, alkoqollu idarə nəticəsində yaranan halların -avto qəzaların sayı müvafiq olaraq 50%, 35%, 7% azaldıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264