PR

Şəxsi markamızı necə yaradaq və onu uğurlu edək?
04 MART
118

Şəxsi markamızı necə yaradaq və onu uğurlu edək?

2019-03-04 10:21:00

Türkiyənin marketinq və dijital sahə üzrə yazarı Funda Güleç şəxsi marka qurmağın bəzi ipuçlarından bəhs edib.

- Şəxsi markanınızın dəyərini müəyyən edin; 

- Mümkünsə bir mesajınız və ya sloqanınız olsun;

- Markanızın bir profili olsun;

- Konkret bir imic yaradın;

- Yeni fikir və tənqidlərə açıq olun;

- Auditoriya tərəfindən yaratdığınız profilin necə qarşılandığına əhəmiyyət verin;

- İnkişaf etmək mərhələdir, daha sonrasını planlayın və markanızı idarə etməyə davam edin.

Şəxsi markanızı uğura aparan 5 yol

Fəxr edəcəyiniz marka yaratmaq istəyirsinizsə, davamlı olmalısınız. Qəbul etməlisiniz ki, sizin həyata keçirdikləriniz davamlı layihədir. Əlbəttə ki, konkret bir profil yaratmaq vaxt tələb edir. Onsuz da heç bir şəxsi marka bir gecədə qurulmayıb.

1.Şəxsi markalaşma hədəflərinizi müəyyən edin

Hansı sahə üzrə istəyirsiniz ki, sizi tanısınlar?, Hansı söhbət əsasında yada düşmək istəyirsiniz? Şirkətlər dijital dünyada hədəflərini və vizyonlarını necə qururlarsa, siz də şəxsi markanızı yaratmaq üçün hədəflərinizi o şəkildə tənzimləməlisiniz.

Bəzi nümunələri aşağıdakı şəkildə qruplaşdıra bilərik.

- Sektorda düşüncə lideri halına gəlin;

- Sektor mitinqlərində danışan tərəf olun;

- Diqqət çəkici hobbiniz olsun və ondan şəxsi markanızın bir ünsürü olaraq istifadə edin;

- Yeni əlaqələr qurmaq sahəsində həvəsli və yaradıcı olun;

- Hədəflərinizi müəyyən edən zaman bəyəndiyiniz insanların özlərini onlayn məcralarda necə təmsil etdiklərinə də nəzər salın. Onlar necə kontent yaradır və onlar haqqında nələri bəyənirsiniz? Nümunə götürə biləcəyiniz xüsusiyyətləri hansılardır?

2. Şəxsi markanızı nəzarətdə saxlayın

Özünüzü yoxlamağın ən asan yolu adınızı onlayn olaraq axtarmaqdan keçir. Foto, video, xəbərlər qismində də axtarış etməyi unutmayın. Özünüzü başqalarından necə ayıra bilərsiniz? Yalnız öz adınızla bağlı qalmayın. Adınızla hədəflərinizin kombinasiyası üçün də axtarış edin.

Aşağıdakı açar nöqtələrə nəzər salın:

Profil detalları: Profil fotosu, açıqlama, cover foto, internet saytı linkləri bir-birinə bənzəyir.

Ümumi baxış: Şrift, stillər, rənglər bənzərdir.

Veb saytı: Haqqımda səhifəsi üzərindən, ya da öz saytınızda bütün sosial media profil linklərinizi bir yerdə toplamalısınız.

Sosial media istifadəçi adları: Mümkünsə bütün sosial media istifadəçi adlarını eyni edin. Əgər çox yayılmış adın sahibisinizsə, yeni bir istifadəçi adı tapın və özünüzü digər şəxslərdən ayıraraq, daha özəl mövqeyə gətirin.

3. Şəxsi markalaşma strategiyası yaradın

Sizin şəxsi markalaşma mövzusundakı strategiyanız, bir şirkətin markalaşma rəhbəri kimi olmalıdır. Daha öncəki addımlardan hədəflərinizi və bunlara çatmaq üçün hara getdiyinizi onsuz da bilirdiniz.

Məsələn, texnologiya sahəsində tanınmaq istəyirsənizsə, daha çox yayılmış ifadələr axtarın və onların nələr olduğuna baxın. Əgər adınız orada deyilsə, ya da axtarış nəticələrində arzu etdiyiniz qədər yüksəkdə deyilsəniz, adiyyatı postlar hazırlamaq üçün plan hazırlaya bilərsiniz. Şəxsi markalaşma mərhələsinə yeni addım atan şəxslər düşünürlər ki, özlərini davamlı olaraq tanıtmalıdırlar. Siz şirkətin məhsulları haqqında dəfələrlə kontent görmək istəmirsiniz, elə deyil?! Eynisi şəxslərə də şamil edilir.

4. Strategiyanızı analiz edin

Siz strategiyanızı tətbiq etməyə başlaya bilərsiniz. Amma bir neçə aydan sonra görə bilərsiniz ki, istədiyiniz “reach”ə çata bilməmisiniz. İnsanlar linkə klik etmədikləri üçün özünüzü boşluğun içində, özünüzlə danışan kimi hiss edə bilərsiniz.

Sosial media analizləri, şirkətdə olduğu kimi analiz etmək üçün vaxt alan bir iş qoludur. Yalnız birinin cavab verəcəyini düşündüyünüz üçün tvit atırsınız? Yoxsa izlədiyiniz insanların tvitlərinə də reaksiya verirsiniz? Bunun orta yolunu tapmalı və bu işə də baş yormalısınız. Məsləhətim budur ki, əlaqədə olmaq istədiyiniz insanları bir siyahı qrupuna əlavə edin.

5. Influencer səviyyəsinə çatın

Bu sonuncu addım zəhmət tələb edir və əlbəttə ki, şəxsi seçiminizə bağlıdır. Hətta bu bəzən ilk seçim olaraq yola çıxdığınız hədəf belə ola bilər. Əgər konkret bir mövzu haqqında kontent yaratmısınızsa, mövzu haqqında insanlar ilə əlaqədəsinizsə bu sahədə influencer olaraq tanınma şansınız yüksəkdir. Influencer olmaq və influencer marketing mövzusu sizə maraqlı gəldisə, “Fintechtime” üçün hazırladığım yazıya baxa bilərsiniz.

Nəticədə şəxsi markanızı yaradıb və onu izləmək həyatınızın bir parçasıdır. Həyatımızın böyük qismi onsuz da onlayn hala gəlib və işverənlərdən potensial iş qollarına qədər hər kəs adınızı onlayn məcralarda axtarır.

©Facemark.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264