PR

O sosial şəbəkənin 126 milyon istifadəçisi var
11 FEVRAL
250

O sosial şəbəkənin 126 milyon istifadəçisi var

2019-02-11 10:41:00

Sosial medianın daha ciddi, xəbər fokuslu populyar platforması olan “Twitter” ilk dəfə gündəlik istifadəçi sayını ictimaiyyətə açıqlayıb. Fins.az xəbər verir ki, Facemark.az-ın məlumatına görə, şirkətin 2018-ci ilin 4-cü rübü ilə bağlı elan etdiyi hesabata görə, sosial məcranın gündəlik istifadəçi sayı 126 milyon nəfər olub. 2017-ci ilin analoji dövründə isə bu rəqəm 116 milyon nəfər idi. “Twitter”ə görə bu rəqəm, adı daha az xatırlanan “Snapchat”ın gündəlik istifadəçi sayı ilə müqayisədə 48% daha azdır. Ancaq firmanın rəsmilərinə görə, gündəlik istifadəçi sayı digər sosial platformalar ilə müqayisə olunmalıdır. Çünki keyfiyyət baxımında ayrı-ayrı məcralardan söhbət gedir. “Twitter”in maliyyə göstəricilərinə gəldikdə isə, 2018-ci ilin 4-cü rübündəki nəticələr gözləntilərin üstündə olub. Ancaq buna rəğmən, hesabatın ictimaiyyət ilə paylaşılmasından sonra, şirkətin səhmlərinin dəyəri 10% aşağı enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır