PR

“Digital Age 2019 Summit”-i başlayır - Video
08 FEVRAL
115

“Digital Age 2019 Summit”-i başlayır - Video

2019-02-08 12:42:00

Məsuliyyət və innovasiya anlayışlarını bir araya gətirən, insanlar və cəmiyyət arasındakı divarları aradan qaldıran və yaratdığı faydaları hər kəs üçün əlçatan edən dijital və texnoloji çevriliş gələcəyi daha da inklüziv edəcək. Fins.az-ın məlumatına görə, 13-cü dəfədir ki, təşkil ediləcək “Digital Age Summit”i Türkiyənin və dünyanın innovativ zehinlərini bir araya gətirəcək. Konfrans çərçivəsində sünki zəka, əşyaların interneti, sağlamlıq, maliyyə texnologiyaları, 5G, blokçeyn, alqoritmlər, biotexnologiyalar, dijital çevriliş, məşğulluğun gələcəyi kimi aktual məsələlər müzakirə olunacaq. Onların insanlara, cəmiyyətə, iqtisadiyyata faydaları müzakirə olunacaq. Summit aprelin 16-da “Future 4 All” mövzusu altında “Uniq İstanbul”da baş tutacaq. Müzakirə olunacaq mövzular:

- İnformasiya təhlükəsizliyi

- FinTech & HealthTech

- Blokçeyn

- Alqoritmlər

- Süni zəka

- 5G

- Dijital Marketinq

- Dizayn

“Digital Age Summit’19”da olacaq spikerlər arasında isə “NewDealDesign”ın təsisçisi Gadi Amit, Aurima AI-ın CEO-su, Avtonom alətlər və süni zəka sistemləri üzrə mütəxəssis Seval Öz, xaker və araşdırmacı texnologiya mütəxəssisi Chris Roberts, UX Playground ve Adobe XDI təsisçisi Chakib Labidi, Genius Steals-in təsisçiləri, innovasiya strategiya mütəxəssisləri Faris Yakob & Rosie Yakob, Standard Chartered virtual bankın CEO-su və İdarə heyətinin üzvü Deniz Güven kimi adlar yer alır.

“Digital Age Summit 2019”a qatılmaq üçün buraya, spikerlərin adları ilə tanış olmaq üçün isə bu linkə keçid edə bilərsiniz.

© Facemark

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259