PR

“Oskar” 30 ildə ilk dəfə aparıcısız olacaq
07 FEVRAL
119

“Oskar” 30 ildə ilk dəfə aparıcısız olacaq

2019-02-07 16:50:00

Amerika kinoakademiyası mükafatlandırma mərasimi – “Oskar” 2019-cu ildə aparıcısız qalacaq. Fins.az xəbər verir ki, belə bir hadisə 30 ildə ilk dəfədir ki, baş verir.  Gülüş ustası Kevin Hart mərasimdə iştirak etməkdən imtina edib. “Reuters” nəşri yazır ki, buna onun LQBT cəmiyyətinə qarşı kəskin fikirləri fonunda qalmaqala görə baş verib. Mərasimin təşkilatçıları hələ 2018-ci ilin dekabrında ona 91-ci “Oskar”-Amerika kinoakademiyası mükafatlandırma mərasimində aparıcı olmağı təklif edib. Amma o seksual oriyentasiya haqqında kəskin fikirləri ətrafında yaranan qalmaqala görə, bu təklifdən imtina edib. Belə ki, onu homofobiyada günahlandırıblar. Homofobiya isə seksual oriyentasiyası olan insanlara qarşı nifrət, qorxu, ayrı-seçkilikdir. Nəticədə, Amerika kinoakademiyasının nümayəndələri “Oskar”ı aparıcısız və həddindən artıq uzun keçirməməyə qərara alıb. Təşkilatçılar əmin edir ki, baxmayaraq ki, mərasim əsas aparıcı olmadan keçiriləcək, amma bununla belə “Oskar” mükafatlandırma mərasimi olduqca həyəcanlı keçəcək. İstehsalçılar mükafat qazanaların adlarını və müxtəlif nomnasiyalar üzrə mükafatlarını təqdim etmək üçün etibarlı birinci sinif kino ulduzlarını dəvət edib.

Xatırlatmaq yerinə düşər ki, 91-ci Amerika kinoakademiyası mükafatlandırma mərasimi fevralın 24-də Los-Anceles “Dolby Theatre”da keçiriləcək. Axırıncı dəfə mərasim aparıcısız 1989-cu ildə baş tutub.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259