PR

Promouşn nədir?
07 FEVRAL
362

Promouşn nədir?

2019-02-07 21:37:00

Promouşn nədir sualına cavab: Promouşn marketerlərin məhsul haqqında informasiyanı potensial müştərilərə çatdırdıqları kommunikasiya metodudur. Məhsul haqqında informasiya müxtəlif cür ola bilər: tanıtım, maarifləndirmə, fərqləndirici, əyləndirici və s. Bu cür informasiyanın müştəriyə ötürülməsində məqsədimiz nədir? Promouşnun məqsədi müştərini arzuladığımız hərəkətə sövq etməkdir. Bu arzuladığımız hərəkət məhsulun ilk satışı, davamlı alışı, daddırılması, test olunması, ətrafdakı insanlara reklam olunması və s. ola bilər. Promouşn nədir və nə üçün lazımdır suallarına cavab aldıqdan sonra gəlin praktiki istifadəsi ilə tanış olaq.

Promouşun praktiki istifadəsi promouşn konseptləri ilə ifadə olunur. Bu konseptlər aşağıdakılardır:

1. Reklam:

Ən populyar promouşn vasitəsidir, müxtəlif kanallar (TV, radio, internet, açıq hava və s.) vasitəsi ilə visual və verbal informasiyanın müştəriyə çatdırılmasını nəzərdə tutur.

2. Fərdi satış:

Üzbəüz satış zamanı satıcının alıcıya məhsul barədə informasiyanı çatdırması, məhsulu test etdirməsidir. Bu konspet birbaşa marketinqin əsasını təşkil edir.

3. PR:

Mal və mal təchizatçısı şirkət haqqında müsbət imicin yaradılmasına yönəlmiş fəaliyyətidir. Amma unutmayın ki, hər PR reklam deyil.

4. Satış promouşnu:

Satış prosesi zamanı alışı stimullaşdırılacaq istənilən fəaliyyətdir (endirim, bandl satışı, bir alana bir hədiyyə, ikinci mala endirim aksiyaları kimi). Bu cür promouşnların fərqləndirici cəhəti satış məkanında baş verməsi və birbaşa satışlara təsir göstərməsidir. Digər promouşn vasitəsi ilə satışlara dolaysıyla təsir göstərir.

5. Məsləhət marketinqi (word-of-mouth):

Əsasən məhsulun mövcud istifadəçiləri tərəfindən potensial alıcılara məhsul barədə (müsbət) informasiyanın ötürülməsidir. Məsləhət marketinqinin daha effektiv olduğuna əmin olmaq üçün bu bloq yazısını mütləq oxuyun.

İstənilən promouşnun məqsədi müştərini rəqibin deyil, öz malını almağa inandırmaqdır.

Müştərini inandırmağın 2 əsas yolu var: rasional  emosional.Promouşnda istifadə olunan informasiya insanın ağlına xitab edirsə rasional, hisslərinə xitab edirsə emosional olur.

Rasional inandırmaya malın texnoloji üstünlüyü ilə bağlı informasiya, sərfəli qiymət, qənaət fürsəti, keyfiyyət fərqi kimi məlumatların ötürülməsi daxildir.

Emosional inandırma müştəridə müsbət hissləri oyatmaqla məhsula qarşı bağlılıq yaradır, məhsulu sevdirməklə alışı təşviq edir.

Digitalın inkişafı ilə promouşn öz aktuallığı itirmir, əksinə daha effektiv və səmərəli vasitəyə çevrilir. Digitalda reklam TV ilə müqayisədə daha ucuz və birbaşa müştəriyə xitab etməyə imkan verir. Onlayn üzərindən fərdi satışlar (skype üzərindən dil öyrənmə kursları misalı) daha geniş və populyar vasitəyə çevrilir. Digitalda PR daha güclü və əhatəlidir. İnternet üzərindən satış aksiyaları daha fərdi və dinamikdir. Sosial şəbəkələrdə Word-of-Mouth isə daha sürətli və inandırıcıdır.

Promouşn olmadan mal satmaq, məşhur bir reklamçının deyimi ilə, qaranlıq otaqda gözəl bir qıza göz-qaş etməyə oxşayır: bunu səndən başqa görən olmur.

©mktg.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262