PR

Məhsul keyfiyyətli olarsa, brend də güclü olacaq
06 FEVRAL
146

Məhsul keyfiyyətli olarsa, brend də güclü olacaq

2019-02-06 14:12:00

Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə həm yerli şirkətlər arasında brendlərlə çıxış edənlərin sayı, həm də xarici brendlərin Azərbaycanda satış mərkəzləri sürətlə artmaqda davam edir. 

İnsanlar brend seçir, brend almaq istəyir. Bəs, görəsən, necə olur ki, bir məhsul brendə çevrilir?
Müasir dövrümüzdə istifadə etdiyimiz Brend sözü marketinqdə parlaq, işıqlı və tələb olunan məhsullara xas bir termindir. 

Bastos Uilson özünün “Brend konseptinin tarixi” adlı tədqiqatında bildirir ki, bütün brendləşmə fəaliyyətinin kökündə insanın əhəmiyyətli şəxs olmaq arzusu, şəxsi və sosial fərd yaratmaq istəyi, özünü digər insanlardan fərqli görmək və yaxşı nüfuza malik olmaq həvəsi dayanır. İstənilən bir məhsulun adlandırılması kimi götürüldükdə brendləşmə sadə görünsə də, istehlakçıya təqdim edilmə yolu çox vaxt səhnələşdirilmiş və ya dramatikləşdirilmiş olur.  

Sosioloq Cavid İmamoğlu, deyir ki, demək olar, bütün cəmiyyətlərdə artıq brend məhsul anlayışı formalaşıb və insanlar adətən o brendə üstünlük verir ki, həmin brendə hər hansı dəyər qatılıb:
“Bir məhsulun təkcə adı belə brendə çevrilibsə, bu, həmin məhsula olan marağı artıra bilir. İnsanlar fərqlilikləri sevir və brendə çevrilmək məhsulu digərlərindən fərqləndirir.

Burada auditoriyanın yaşı, təhsil səviyyəsi və dünya görüşü də önəmli rol oynayır. Buna görə də bazarda brendə çevrilmək istəyən şirkətlər auditoriyasına xitab edən brendləşmə aparmalıdır.

“Bəzən brendləşmə o səviyyəyə çatır ki, insanlar məhsulun keyfiyyətinə əmin olmadan brend markaya məxsus olduğu üçün alıb, daha sonra peşman olurlar. Buna görə də istehlakçılar hətta brend mallara belə diqqətlə yanaşmalı və daim aldıqları məhsullar barədə məlumatlanmalıdırlar”.

Brend menecer Müşfiq Azəryar isə əlavə edib ki, məhsulun və ya şirkətin brendə çevrilə bilməsi üçün onun keyfiyyəti yüksək səviyyədə olmalı və  şirkət bu keyfiyyəti stabil saxlamalıdır:

“Əgər məhsul öz keyfiyyətini saxlayarsa, onun üzərində həyata keçirilmiş istənilən növ brendləşmə siyasəti özünü doğruldacaq. Brendləşmə loqodan  başlamış dizayna və sonda məhsulun qablaşmasına qədər davam edən, daha sonra isə onun bazarda təşviqatının-təbliğatının doğru yerdə olması və istehlakçılara təqdim edilməsi prosesidir.

Bir şirkət məhsulunu brendə çevirməyə nail olursa, istehlakçılar artıq onu etalon kimi tanıyır və bu halda şirkət qiymət rəqabətində önə çıxa bilir. Brendləşmənin digər bir üstünlüyü isə stabil keyfiyyət göstəricisi olduğuna görə, xüsusilə, böhran vəziyyətlərində insanların inamı sayəsində böhranı tezliklə arada qaldıra bilməyidir”. 

Azərbaycanda da son illər brendə çevrilən və istehlakçıların arasında rəğbət qazanmaqla enerji içkiləri bazarının vitrin faizində 50%-dən çox yer tutmaqla liderə çevrilən “HELL ENERGY”nin rəsmi nümayəndəsi bildirib ki, Azərbaycan bazarında brendə çevrilmək üçün əvvəlcədən yerli bazar araşdırması aparıblar və bazara sərfəli qiymətdə yüksək keyfiyyətli məhsul gətirmək qərarına gəliblər: 

“HELL bazarın tələbi idi və biz düzgün hesablama aparmışdıq. “HELL” sərfəli qiyməti ilə insanlar üçün daha əl çatan oldu və istehlakçılar daddan məmnun qaldıqları üçün getdikcə auditoriya genişlənməyə başladı. Bu, təkcə satış strategiyası deyildi, biz brendləşmək üçün ənənəvi metodlardan əlavə müxtəlif innovativ üsullardan istifadə etdik. Sosial şəbəkələrdə və onlayn mediada aktivliyimizi qoruduq.

“HELL”in Azərbaycan simasını seçdik – İlkin Həsəni. İnsanlar İlkin Həsəni ilə bir daha içkinin keyfiyyətinə əmin oldular. Qapalı və açıq məkanlarda reklamlarımızı yerləşdirdik. Beş ildir bazara daxil olmuşuq və brendə çevrilmək üçün atdığımız addımlar heç də təkcə bunlar deyil. Siyahı uzundur. Biz hər şeydən əvvəl, brend olaraq daim yüksək keyfiyyətimizi qorumağa davam edirik”. 

Qeyd edək ki, “HELL” daha çox yetkin insanlar arasında populyarlaşsa da, artıq orta yaşlı insanların da bəyənərək istifadə etdiyi bu enerji içkisi daha çox iş fəaliyyətini optimallaşdırmaq, diqqəti cəmləmək və gümrah qalmaq üçün istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264