PR

Məşhur şirkət yeni brauzer buraxır
05 FEVRAL
177

Məşhur şirkət yeni brauzer buraxır

2019-02-05 17:34:00

Şirkət yeni təhlükəsi brauzerinin yaradıldığını elan edib. Fins.az xəbər verir ki, “Mail.Ru Group” yaxın zamanda yeni brauzeri – “Atom”un işə salındığını elan edib. Beta versiya artıq şəbəkənin istifadəçiləri üçün əlçatandır. Yeni məhsulda istifadəçilərin təhlükəsiz və gizliliyinə fokuslanıb. Şirkət brauzerin özünün təhlükəsizliyi yoxlamaq üçün zəiflikləri axtarış edən ictimai proqram yaradacaq.”Mail.ru” yeni brauzerin köməyi ilə birinci növbədə istifadəçilərini şəbəkə təhlükələrindən qorumaq niyyətindədir. İstifadəçilərin öz təhlükəsizliyini idarə etmək üçün “Atom”da xüsusi panel yaradılıb. Bu, brauzerin əsas pəncərəsində bir kliklər əlçatandır. Panelin köməyi ilə istifadəçi hansı saytlara nə kimi icazənin verildiyin yoxlaya, eləcə də, tənzimləmələr bölməsində isə konkret hansısa sayt və ya bütün internet resursları üzərindən dəyişikliklər edə bilər. Məsələn, kamera, mikrofon və üçüncü tərəf alətlərə əlçatanlıq (məsələn reklam şəbəkələri) qadağa edilə bilər. “Atom” brauzerindən istifadə edən istifadəçi bir kliklə bezdirici reklamlardan, həmçinin saytlardan abunə olmaqla bağlı gələn zəhlətökən xəbərdarlıqlardan imtina edə bilər. Brauzeri yaradanlar, istifadəçilərin pəncərəyə əlavə etdiklərini bir klik ilə açılmasının qayğısına da qalıblar. Bu isə məsələn istifadəçilərə aviabilet və mehmanxanaların qiymətlərini rahatlıqla müqayisə etməyə şərait yaradacaq. Ən gizli saytları belə tənzimləmələr bölməsindən yalnız gizli rejimdə açılmasını qurmaq olar. Yaxud bütün brauzerə axtarış tarixini qeyd etməyi qadağa etmək olar.Təhlükəsiz brauzerin kritik zəif tərəfləri olamamalıdır. Buna görə də, Mail.ru öz brauzerində “Bug Bounty” adlı ictimai proqramı (zəifliklərin axtarışı) işə salır. Proqram beynəlxalq resurs olan “HackerOne.com”da açılıb.Bura bütün dünyada olan “ağ xakerləri” birləşdirir. Potensial çatışmazlıqların axtarışında şəbəkənin istənilən istifadəçisi iştirak edə bilər. Müsabiqənin qaydalarına görə, istifadəçi brauzerdə ciddi səhv tapacaqsa, onu 1 milyon rubl mükafat gözləyir. Əgər onların sayı çay olacaqsa, müküfat bölünəcək.

Axtarış sisteminin dizaynına gəldikdə isə şirkət birinci növbədə sadəliyə və əlçatanlığa, informativ interfeysə önəm vermək istəyib. İdeal balansı tapmaq üçün bir neçə variant yoxlanılıb, şirkətin UX -laboratoriyasında testlər aparılıb.
Axtarış sisteminin beta-versiyası artıq əlçatandır. 

Xatırladaq ki, şirkət hələ 2018-ci ilin iyulunda “Amiqo” axtarış sisteminin işə son qoymuşdu, buna səbəb isə istifadəçilər tərəfindən buna neqativ reaksiyanın olması idi.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262