PR

Bu şəbəkənin ən populyar yumurtası çartladı
05 FEVRAL
213

Bu şəbəkənin ən populyar yumurtası çartladı

2019-02-05 11:53:00

“Instagram”da bir neçə gündür üzərində çat işarələri olan yumurta nəhayət ki, çartlayıb. Fins.az-ın məlumatına görə, Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, bununla belə bir nəticəyə gəlindi ki, əslində yumurtanın içində heç nə yoxdur. Videoda çatları olan yumurta deyir ki, “Siz bir neçə gün öncə məni üzərimdə olan çatlarla gördünüz. Amma sosial mediadan olan təzyiqlər məni çatlamağa məcbur etdi. Əgər siz də bununla mübarizə aparırsınızsa, kiminləsə danışa və daha çox məlumat üçün talkingegg.info-ya baş çəkə bilərsiniz”. Videonun başlığı bütün dünyada olan psixi sağlamlıq saytlarına istiqamətləndirir. 

Qeyd etmək yerinə düşər ki, “Instagram”da yumurtanın ilk şəkli yanvarın 4-də 2019-cu ildə paylaşılıb. Yumurtaya gələn layk və şərhlər onu adıçəkilən sosial mediada populyar edib. Yumurtanın şəkli istifadəçilərin zövqünə görə olduğundan bir neçə gün içində foto 50 milyon layk yığıb. Yumurta bununla sonucu dəfə model Kayli Cennerin 18 milyon çox layk yığan fotosunu da geridə qoyub, “Instagram”ın ən çox layk alan şəkili olub. Daha sonra məlum olmuşdu ki, yumurta obrazı Amerika futbolu- “SuperBowl”a istifadəçilərin diqqətini cəlb etməkdən ötrü yaradılıb. Xatırladaq ki, “SuperBowl” çox bahalı reklamları ilə məşhurdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262