PR

Tanınmış sosial şəbəkə platformu bağlanır
05 FEVRAL
131

Tanınmış sosial şəbəkə platformu bağlanır

2019-02-05 09:51:00

Dünya miqyasında 2,2 milyard istifadəçisi olan sosial platforma “Google+’ın (Google Plus) bağlanacağı tarix 2 apreldə baş tutacaq. Fins.az xəbər verir ki, bağlanma qərarı alan “Google”un istifadəçilərə mövzu ilə bağlı göndərdiyi xəbərdarlıq e-mailində “Şəxsi Google + hesabınız 2 aprel 2019-da bağlanacaq” deyilib. “Google+” istifadəçiləri bu gündən (4 Fevral) etibarən isə platformaya yeni kontent əlavə edə bilməyəcəklər. Aprelin 2-də isə yuxarıda da qeyd etdiyimiz kimi istifadəçilərin “Google+” hesabları və bütün “Google +” səhifələri bağlanacaq və kontentlər silinməyə başlayacaq. Adıçəkilən platformada kontenti olan şəxslər qeyd olunan tarixə qədər kontentlərini yükləməlidirlər. Əlavə edək ki, foto və videolar “Google Fotolar”da saxlanacaq, amma digər məlumatlar tamamilə silinəcək. Şərh funksiyası isə fevralın 4-dən bloqdan, martın 7-də isə digər saytlardan qaldırılacaq. 

Qeyd etmək yerinə düşər ki, “Google”, “Google+”un bağlanacağını ilk dəfə 2018-ci ilin oktyabrında elan edib. Kompaniya tərəfindən edilən açıqlamaya görə, platformadan az istifadə olunması bağlanmağın əsas səbəblərindən biridir. “Google+” gözləntiləri qarşılama və təhlükəsizlik məsələlərində də problemlər yaşayırdı.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259