PR

Dünya nəhəngi yarım milyon cərimə ödədi
04 FEVRAL
120

Dünya nəhəngi yarım milyon cərimə ödədi

2019-02-04 15:25:00

“Google” Rusiya ərazisində kontentin filtrindən imtina etdiyinə görə, 500 min rubl cərimə (13 min manat-red.) ödəyib. Fins.az xəbər verir ki, kompaniya Roskomnadzorun Rusiya Federal Dövlət İnformasiya Sisteminə (FQİS) qoşulması ilə bağlı təklifindən imtina edib. İnformasiya Sistemi özündə qadağa edilən internet resursların siyahısını saxlayır. Bu barədə TASS agentliyi idarənin mətbuat katibi Vadim Ampelonskiyin sözlərinə istinadən yazıb. Hazırda qüvvədə olan qanunvericiliyə görə, axtarış sistemlərinin operatorları axtarış zamanı qadağa edilmiş internet resurslarına bağlantı həyata keçirməməlidir. Bunun üçün axtarış sistemlərinin operatorları belə səhifələri özündə saxlayan FQİS-ə qoşulmalıdır. Bu sistemə qoşulmağın vacibliyi dəfələrlə “Google” nümayəndəsinə izah olunub. 2018-ci ilin noyabrında şirkət barəsində inzibati iş açılıb. Bir aydan sonra, yəni dekabrda isə “Roskomnadzor” “Google”u 500 min rubl cərimə edib.

Maraqlısı budur ki, şirkət cəriməni ödəməmək üçün etiraz etməyib, ödənişi həyata keçirib. “Google” cəriməni ödədi. Pul hesaba daxil oldu”, - deyə Ampelonski qeyd edib.

Roskomnadzor, həmçinin xəbərdarlıq edib ki, əgər onlar Rusiya qanunvericiliyinin tələblərinə, əsasən kontentin filtr məsələsini həll etməsələr, bu halda onlar haqqında ikinci inzibati iş açılacaq və bu dəfə cərimənin miqdarı 700 min rubl olacaq. Bundan başqa, əlavə edilib ki, qanunvericiliyə “Google”un ölkə ərazisində blok olunması ilə bağlı maddə də daxil ola bilər.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259