PR

Saxta “Influencer”lar ve “InstaPods” - Funda Güleç yazır
04 FEVRAL
179

Saxta “Influencer”lar ve “InstaPods” - Funda Güleç yazır

2019-02-04 14:09:00

Saxta “Influencer”lar ve “InstaPods” geniş vüsət almaqdadır. Botdan istifadə artımı, saxtakarlıq baş alıb gedir. Fins.az xəbər verir ki, mövzu ilə əlaqədar yazıda sizin üçün kifayət qədər infomasiya var. 

Sosial mediada saxtakarlıq, xəbər ilə başlayıb və bu tendensiya platformalara da yayılaraq istifadəçilərin fikirlərini sürətlə dəyişib. Marka və agentliklərin daha çox adama çatmaq gözləntisi, sanki yaxşı başlayan xoşbəxt influencer əməkdaşlığının sonunu gətirir.

Saxta “Influencer”lar ve “InstaPods”

Müasir dövrdə influencer marketinq və influencer ilə marketinq olduqca populyardır və hər gün marketinqin bu qoluna daha çox üstünlük verilir.

Çünki markalar üçün, həm maliyyəsi aşağıdır, həm də istədiyi hədəf kütləyə birbaşa çatmağa kömək olur. Belə bir fikir formalaşıb ki, onlar ilə iş şirkətə qısa yolla uğur və gəlir gətirir.

Sosial mediada qarşımıza çıxan bir çox istifadəçi, ya influencer olmaq istəyir, ya da elə influencer olduğunu iddia edir. Influencer və fenomenlərdən çox tez təsir altına düşürük və onlardan öyrəndiklərimizi öz həyatımızda da tətbiq etməyə can atırır.

Bu tendensiya çox sürətlə davam edir. Üstəgəl, onları təkrarladığımıza görə, büdcə almırıq, əvəzində isə mövcud büdcə və zamanımızdan xərcləyirik. Belə bir addım bir çox insanda ya qısqanclıqdan, ya ona oxşamaqdan, heyran olmaqdan qaynaqlanır, bəzən isə rutin bir vərdişə çevrilir.

Saxtakarlıq 1 milyard dollar dəyərlə sektorda böyüyüən problem olmağa davam edir.

Influencer, yəni yüksək izləyici sayına sahib olan sosial media ulduzları marketoloqlara ona görə maraqlı gəlir ki, onlar standart satışlar deyil, orjinal satışlar vəd edir.

Amma bu orjinallığın böyük qismi gedərək saxtalaşır. Bir çox marketoloq ödədikləri pulun qarşılığında geri dönüş alıb almayacağından narahatdır. Buna səbəb isə bot və izləyicilərin saxta yolla alışıdır. Bazarda bu yöndə qayğı və etibarsızlıq getdikdə dərinləşir.

Artıq bir çox insanların sosial mediadan istifadəyə fasilə verməsi heç kəsə təəccüblü görünmür. Son dövrlər aparılan araşdırmalar göstərir ki, sosial media istifadəçiləri “Facebook” və “Instagram”ı “WhatsApp” və “Telegram”ı kimi mesajlaşma platformaları üçün tərk edir. Yaxud adıçəkilən platformalarda daha az vaxt keçirir.

Ya bu fasilələr markalara da sıçrayış edərsə?

Sosial mediada saxtakarlıq, xəbər ilə başlayıb və bu tendensiya platformalara da yayılaraq istifadəçilərin fikirlərini sürətlə dəyişir. Marka və agentliklərin daha çox adama çatmaq gözləntisi, sanki yaxşı başlayan xoşbəxt influencer əməkdaşlığının sonunu gətirə bilər.

Fikirlər qarışıqdır, botdan istifadə artır

İstifadəçilər markalar ilə əməkdaşlıq etməyin arzusundadır. Amma onların layk, izləyici, şərhlərinin sayı dolayı yolla artır. Saylarını artıdıqdan sonra profillərinə influencer etiketii (bir zamanlar blogger dəbdə idi) yaddan çıxartmırlar. Bəzi markalar həqiqi və saxta izləyicilər məsələsindən bixəbərdir. Onlar sanki nə olursa olsun kütlə istəyir. Bununlada satın alınan izləyici və “reach”ə qarşı reaksiyasız görünürlər.

Bir qrup marka isə botdan istifadənin fərqindədir. Bu vəziyyətin qarşısına keçmək və “influencer marketinq” üsulu standartlaşdırmaq üçün strategiyalar hazırlayırlar. Onlar belə strategiyalarda layk və “reach” kimi məlumatlar ilə yanaş, əllə tutulan metrik informasiyalar üzərindən də dəyərləndirmənin yollarnı axtarırlar.

InstaPods yayılır

Çoxlarımız həmfikirik ki, botların, saxta şərhlərin, izləyici alışı saxtakarlıqdır. Amma inflencerlər “InstaPods” bu şəkildə görmür və bu məsələdə inadlıq nümayiş etdirirlər.

InstaPods nədir?

“InstaPods” bir-birilərinin postlarını bəyənib, şərh atan təxminən 20-30 nəfərdən ibarət “Instagram” istifadəçi qruplarıdır. Qrup üzvləri bir-birilərinin paylaşımlarını şərh və layk yağışına tutur. Bir çox influencer bu yoldan istifadə edir və bir çoxları iddia edir ki, burda heç bir saxtakarlıqdan belə söhbət gedə bilməz.

Saxtakarlıqla mübarizə aparmağın yolları:

Saxtakarlığı təsbit etmək vaxt istəyir. Saxtakarlığı təsbit etmək vaxt alsa da, bunu etmək üçün müşahidə edəcəyiniz bir çox yol var.

İzləyici sayında sürətlə artım

İzləyici sayında bir gecədə baş verən gözəçarpan artım, xarici faktorlar tərəfindən açıqlana bilməz. Bu da influencerin izləyici aldığını göstərir.

İzləyicilər kimlərdən ibarətdir?

İzləyicilərin qapalı hesablardan ibarət olması daha bir sualdır. Post paylaşmayan, layk, şərh etdiyi paylaşım ilə uzaqdan yaxından əlaqəsinin olmadığını düşündüyünüz hesablar böyük ehtimalla saxtadır. Türkçə mətn və həştəq edən izləyicininin əcnəbi izləyicilərə sahib olması da bu sualları artırır.

“Reach” miqdarının (layk və şərhlərə) izləyici sayına nisbəti

Daha detallı desək, şərhlər “Facebook”, “Instagram” və “Twitter”dəki “reach”in 2%-ni təşkil edir. Paylaşılan kontent ilə əlaqəsi olmayan şərhlər, satin alınan kütləyə işarə edir. “Bəyəndim”, “heyran qaldım”, “maraqlı gəldi” kimi dərinliyi olmayan və daha çox istifadə olunan şərhlər fikirləri qarışdırır. “YouTube”da isə işlər bir az daha qarışıqdır. Hesabları izləməyə başladıqdan sonra, kanalın abunəçi sayının sürətlə artdığını və bir müddət sonra izləyici və abunəçi sayının endiyini təsbit edə bilərsiniz.

Türkiyənin marketinq və dijital üzrə yazarı Funda Güleçin Facemark üçün yazısı.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262