PR

İnandırmağın Əsasları
04 FEVRAL
123

İnandırmağın Əsasları

2019-02-04 12:20:00

Razı salmanı mesaj göndərəndən qaynaqlanan, mesajdan qaynaqlanan və hədəfdən qaynaqlanan faktorlar olaraq üçə ayırmaq olar.

Mesaj göndərəndən qaynaqlanan faktorlar

Mənbə , insanlara müxtəlif vasitələrlə mesajını çatdırmaq istəyən və beləliklə  ünsiyyəti başladan şəxsdir. Mənbənin  güvənilən, xoş, dürüst, tanınmış olması razı salmanı asandlaşdıra bilər. Qarşı tərəfi razı sala bilmək üçün mesaj göndərənin əsas iki faktor, güvənilən və cazibəsi olmalıdır. Diş pastası reklamlarında danışan ağ xalatlı doktorlar buna misal ola bilər. Mesaj göndərənin cazibəsidə önəmli faktorlardandır. Burada cazibə dediyim zaman mesaj göndərənin fiziki görünüşü, xasiyyəti, səs tonu, dürüst olması, işi, vəzifəsi, qarşı tərəfə xoş təəssürat verməsi ünsürlərini nəzərdə tuturam.İnsanlar başqaları ilə ünsiyyət qurduqları zaman hərəkətlərlə, sözlərlə və mimikalarla ünsiyyətdə olurlar. aparılan bir araşdırmaya görə ünsiyyət zamanı hərəkətlər 55 % , səs tonu 38 %, istifadə olunan sözlərin effektivliyi isə 7 %-dir.Mesaj göndərənin bilik səviyyəsidə razı salmada böyük rol oynayır. Ümumiyyətlə ünsiyyət zamanı düzgün qurulan cümlələr, düzgün zamanlama, sözlərin düzgün tələffüzü vacibdir.

Mesajdan qaynaqlanan faktorlar

Razı salmaq üçün mesaj göndərəndə sadaladığımız faktorlardan savayı olaraq mesajın özündəndə qaynaqlanan faktorlar vardır. Ən sadə vəziyyətdə mesaj, mesaj məlumatlarının toplanması, hazırlanması və təqdim olunmasından ibarətdir. Mesaj içərisində işlədilən sözlər dəqiqiliklə seçilməlidir.Mesajın motivasiyanı qaldırması, oxucuda yaxud dinləyicidə inam yaratması vacibdir. Bu inam yaratma və motivasiya yüksəkliyi qarşı tərəfi məhsulu almaq, yaxud sizin onlara verəcəyiniz xidmətdən yararlanmaq üçün hərəkətə keçirdəcəkdir. Son zamanlar razı salmaq üçün şüuraltı mesajlardan çox istifadə olunur.



Hədəfdən qaynaqlanan faktorlar

Mesajı göndərmək istədiyiniz şəxs yada şəxslər hədəf,mesaj qəbul edici adlanır. Eyni mesaj hər kəs tərəfindən  eyni dərəcədə təsir görməz. İstəyir üz-üzə olsun istəyir mesajı göndərəcəyiniz müxtəlif vasitə üsulları olsun bəzi əsas məsələ göz qabağında tutulmalıdır. Bunlardan biri qarşı tərəfin mövzuya olan marağıdır. Əgər maraq yoxdursa elə ilk dəqiqələrdən mesaja yox deyəcəklər. Digər əsas ünsürlər hədəfin yaşı, cinsiyyəti, dili, dini,  mətəniyyəti, təhsili, gəliri, psixoloji vəziyyəti, sosial vəziyyəti və s. ibarətdir. Bu gün bir çox markanın axtarış və inkişaf bölməsində sosioloqlar, psixoloqlar, ünsiyyət mütəxəssiləridə yer almaqdadır.

©www.cavidabasov.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9295
  • ₽ RUB
    0.0259