PR

“Apple” CES 2019 çərçivəsində “Amazon” və “Google”a sataşdı – Foto
14 YANVAR
249

“Apple” CES 2019 çərçivəsində “Amazon” və “Google”a sataşdı – Foto

2019-01-14 18:04:00

Dünyanın ən böyük texnologiya şirkəti olan “Apple” ilin vacib Məişət Elektronikası Sərgisində (CES 2019) iştirak etməyib. Fins.az xəbər verir ki, şirkət bu addımı ilə yanaşı, reklamında “Google” və “Amazon”a sataşması ilə də yadda qalıb. “Apple” şirkətin gizlilik siyasətinə nə qədər önəm verdiyini bir daha sübut etmək üçün CES sərgisi üçün Amerikanın Las Veqas şəhərinə gələn ziyarətçilərə göydələn üzərində bilbord reklamını yayımlayıb.  Kompaniyanın rəqiblərinə mesajında deyilirdi: “What happens on your iPhone, stays on your iPhone”, yəni “iPhone”unuzda olan “iPhone”unuzda qalır. Daha əvvəlki açıqlamalarında “Apple”in baş icraçı direktoru Tim Kuk deyirdi ki, gizlilik insan haqqıdır və vətəndaş azadlığının bir hissəsidir. O, əlavə etmişdi ki, “Apple” pul itirsə də belə, müştərilərinin məlumatlarını satmayacaq.

Xatırlatmaq yerinə düşər ki, CES2019 bu ilin yanvarın 8-dən 11-dək davam edib.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027