PR

Bu marka yeni marketinq kampaniyasını buraxdı - Foto
11 YANVAR
90

Bu marka yeni marketinq kampaniyasını buraxdı - Foto

2019-01-11 12:16:00

Foto stok xidməti, təsvir və videoların cəmləşdiyi platforma olan “Shutterstock” marketinq strategiyasına yenidən baxmaq haqqında qərar qəbul edib. Fins.az xəbər verir ki, yeni kampaniyanın həyata keçirilməsində məqsəd ondan ibarətdir ki, xidmət vurğulamaq istəyir ki, onlar təkcə fotobank deyil, eyni zamanda reklamçılar, marketoloqlar və digər sahənin mütəxəssisləri üçün müasir alətlər təklif edən platformadır. Bu haqda xidmətin rəsmi saytında da məlumat yer alıb. Xidmətin yeni sloqanı — It’s not stock, it’s Shutterstock. O rəqiblərindən əsas fərqləri belə vurğulayır: materialların böyük kolleksiyası, unikallıq, kreativlik və xidmətdən istifadənin rahatlığı və s. Marketinq kampaniyası yanvarda ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada həyata keçiriləcək. Daha sonra isə Avropa, Latın Amerikası, Asiya qitələrində yerləşən ölkələrdə bu baş tutacaq. “Stoklar haqqındakı köhnə fikirlərinizi bir kənara qoyun. Yeni marketinq kampaniyamızda göstərəcəyik ki, biz niyə sadəcə stok deyil, “Shutterstock”uq”, - deyə şirkətin xəbərində deyilir.

Qeyd etmək yerinə düşər ki, “Shutterstock” Amerikan kompaniyasıdır və foto stok, video, musiqi, həmçinin redaktə üçün alətlər təklif edir. Xidmətin əsası 2003-cü ildə Con Orinqer tərəfindən qoyulub. Platforma özündə 550 000-dən çox yaradıcı insanı (fotoqraf, rəssam, operator) birləşdirir. Hər həftə xidmətin platforması 1,5 milyon foto, illüstrasiya, video, musiqi ilə yenilənməkdədir. Bütünlükdə isə xidmətin platformasında 200 milyondan çox iş var.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254